Tərkibi:6 yumurta
1 baton
bitki yağı
Sous üçün:1 ç.q. kərə yağı
1 ç.q. un
1 st. ət suyu (bulyon)
100 q xama
duz
Hazırlanması:Batondan eni 1-1,5 sm olan 6 dilim kəsin. İçini çıxarın. İçi çıxarılmış dilimləri bitki yağında qızılı rəng alana qədər qızardın.
Yağı əridin. Un əlavə edib yaxşı qarışdırın. Ət suyu, sonra xama əlavə edib qaynara düşənəcən bişirin. Sousu dərin siniyə tökün. Baton dilimlərini içinə qoyun. Dilimlərin ortalarına yumurta qırın. Duzlayın.
180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin.
Nuş olsun!
Etiketlər: əlavə, bişirin, bitki, yumurta, tökün, Baton, dilimlərini, siniyə, Sousu, düşənəcən, içinə, dərin, Dilimlərin, qızdırılmış, sobada, dəqiqə, olsun, dərəcə, Duzlayın, qaynara