Uşaqlarına yemək yedirə bilməyən analar üçün əla reseptdir. Böyüklərin Süngər Bobdan zəhlələri getsə də, uşaqlar onu çox sevirlər. Sevimli cizgi film qəhrəmanına bənzəyən salatdan uşaqlarınız, yəqin ki, vaz keçməzlər.
Tərkibi:1 yerkökü
100 q bərk pendir (yaxud əridilmiş)
1 diş sarımsaq
1-2 ç.q. xama
1-2 ç.q. mayonez
duz
Bəzək:2-3 ədəd qabıqlı bişirilmiş kartof
2 bişmiş yumurtanın ağı
1 çimdik sarıkök
zeytun, şirin bolqar bibəri
Hazırlanması:Yerkökü ilə pendiri sürtgəcdən keçirin, xırdalanmış sarımsaq, xama, mayonez əlavə edin, qarışdırın. Dadına baxın, lazım gələrsə, duz vurun.
Salatın 2/3-ni oval, yaxud dördbucaqlı uzunsov buluda kvadrat şəklində qoyun. Aşağı hissəsini isə bir qədər "daraldın". Üstünə kartofu sürtgəcdən keçirin (qıraqlarını da kartof yonqarı ilə örtün). Kartofun qalanını sürtgəcin xırda gözündən keçirin, sarıkök, azca xama və ya mayonez əlavə edin, duz vurun, qəşəng sarı rəng alanadək qarışdırın (kartof əvəzinə bişmiş yumurta sarısından da istifadə etmək olar). Bu qarışığı salatın üstlü-kənarlı bütün tərəfinə çəkin.
Bu kvadratın aşağısına salatın qalanını dördbucaqlı şəklində yerləşdirin. Bıçaqla hamarlayın.
Sonra isə Bobu "yaradın": gözlər - zeytun, qırmızı kələmin suyu ilə rəngi dəyişdirilmiş yumurta ağı (mavi hissə); ağız, ayaqqabılar, şalvarın kəməri, kirpiklər - zeytun; dişlər - bişmiş yumurta ağı; şalvar - lavaş; əl və ayaqlar - pendir; köynək - sürtgəcdən keçirilmiş yumurta ağı; qalstukla yanaqlar - qırmızı bolqar bibəri. Vəssalam!
Nuş olsun!
Etiketlər: yumurta, kartof, zeytun, keçirin, mayonez, sürtgəcdən, bişmiş, sarımsaq, yaxud, vurun, dördbucaqlı, qarışdırın, əlavə, bibəri, bolqar, sarıkök, salatın, qırmızı, pendir, qalanını