• Bilməniz gərəkən 7 xəmir növü - şəkərli (pesocni) xəmir resepti

Reseptin məlumatları Baxış sayı: 5 674

Tarix : 24-04-2018, 12:00

Bölmə : Xəmir işləri / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Şəkərli xəmir şirniyyat sevənlər üçün çox ideal bir seçimdir. Dadlı peçenyelər, kremli səbətlər, meyvəli piroqlar – çox dadlı şirniyyatlar hazırlaya bilərsiniz, bizim məsləhətlərimizə fikir versəniz.
-Xəmirin hazırlanması üçün istifadə edəcəyiniz yağ soyuq, amma donmuş olmayacaq
-Soyuq amma çox soyuq olmyan su ilə yoğurun
-Yağı unla bir başa qarışdırmayın, umac olana qədər ovun
- Xəmiri çox yoğurmayın, əks təqdirdə yağ əriyəcək və xəmir keyfiyyətini itirəcək
-xəmirin dadlı və ağızda əriyən olmasını istəyirsinizsə, şəkər əvəzinə şəkər kirşanı istifadə edin

Tərkibi:
Un – 2 st
Şəkər – ½ (0,5) st
Duz
Zövqə görə vanil

Hazırlanması:
Duz, şəkər, vanil və unu qarışdırın. Soyuq yağı kub şəklində doğrayıb un qarışımına əlavə edin. Əlinizlə ovub umaz halına gətirin. Az-az su əlavə edib xəmir yoğurun. Otaq isti olmamalıdır ki, yağ əriməsin. Xəmiri kündələyin. Qida kulokuna büküb 30 dəqiqə soyuducuda saxlayın. 180-200C dərəcə sobada bişirin.

Nuş olsun!
Etiketlər: şəkər, xəmir, yoğurun, Soyuq, Xəmiri, soyuq, istifadə, vanil, əlavə, dadlı, Zövqə, Şəkər, əvəzinə, ağızda, xəmirin, əriyən, olmasını, qarışdırın, istəyirsinizsə, kirşanı
BİZİ İZLƏYİN