• Qat-qat bulkalar resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 103 577

Tarix : 17-09-2014, 15:00

Bölmə : Xəmir işləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
250 ml (1 st.) süd
500 q un
100 q bitki yağı
1,5 ç.q. quru maya
2 x.q. şəkər tozu
1 ç.q. duz
10 q vanilli şəkər
50 q kərə yağı
pendir
cem

Hazırlanması:
Mayanı isti süddə əridin, şəkər tozu və duz əlavə edin. Bitki yağı, ələnmiş un töküb xəmir yoğurun. Gəlməsi üçün isti yerə qoyun. Hazır xəmir elastik və yapışmayan olmalıdır.

Gəlmiş xəmiri 8 yerə bölün, hər birini kolbasa formasına salın. Üstünü örtüb 15-20 dəqiqə saxlayın.

Hər bir "kolbasa"nı düzbucaqlı formasında yayın. Hər birinin üstünə kərə yağı çəkib üst-üstə yığın.

Sonra bu üst-üstə yığdığınız xəmiri də düzbucaqlı formada yayın. 5-7 sm enində şəridlərə bölün. Hər şəridin içinə iç qoyun - pendir və ya cem (istəyə görə). Bükün.

Bulkaların üstünə yumurta sarısı çəkin, küncüt, yaxud xaş-xaş səpin. 30-40 dəqiqə saxlayın ki, şişsin, sonra 180-200 dərəcə qızdırılmış sobada üstü qızarınca bişirin.
Qat-qat bulkalar resepti - FOTO RESEPT

Qat-qat bulkalar resepti - FOTO RESEPT

Qat-qat bulkalar resepti - FOTO RESEPT

Qat-qat bulkalar resepti - FOTO RESEPT

Qat-qat bulkalar resepti - FOTO RESEPT

Qat-qat bulkalar resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: şəkər, bölün, xəmiri, dəqiqə, qoyun, düzbucaqlı, üstünə, yayın, xəmir, saxlayın, pendir, içinə, şəridin, istəyə, Bulkaların, Bükün, şəridlərə, enində, yığın, Sonra
BİZİ İZLƏYİN