• Kruasan resepti

Reseptin məlumatları Baxış sayı: 34 997

Tarix : 10-06-2018, 12:00

Bölmə : Xəmir işləri / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Günel (bahasun)


Tərkibi:
1 yumurta
100 qr. şəkərə tozu
1 ç.q maya
1 stakan süd
100 qr. ərinmiş kərə yağı
400-500 qr. un
duz
ərik cemı
üstü üçün 1 yumurta sarısı

Hazırlanması:
1.Yumurtanı mikserlə çalırıq. Şəkər tozu əlavə edirik. İliq südü və mayanı əlavə edirik. Duz əlavə edirik. Maya tam həll olmalıdır.
2.ələnmiş un əlavə edib yumuşaq xəmir yoğururuq. Əələ yapışmamalıdır yalnız çox unda əlavə etməyin ki, bərk olmasın.
3.İki saat isti yerdə xəmir mayalanmalıdır.
4.Xəmiri eyni 8-10 topa ayırırıq. Hər topu nazik yayıb (yumru) üstünə ərinmiş kərə yağı sürtürük. Və beləcə üst üstə yığırıq.
5.Axrıncı yaydığımızı yağlamırıq. Birinci və axrıncını listi bir birinə yapışdırıb biraz yayırıq. Xəmiri üçbucaq formasında kəsirik. Hər üçbucağa ərik cemi qoyuruq. Və trubuçka kimi bükürük.
6.Bir-birindən aralı şəkildə yağlı kağız üzərinə yığırıq. Otaq istiliyində 1 saat saxlayırıq. Üstünü bağlayın qurumasın.
7.Listə yığıb, üzərinə yumurta çəkib, 180-200 dərəcədə hazır olana qədər sobada bişiririk.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: əlavə, yumurta, edirik, yığırıq, ərinmiş, üzərinə, Xəmiri, xəmir, trubuçka, birindən, aralı, qoyuruq, bükürük, kəsirik, biraz, yayırıq, üçbucaq, formasında, şəkildə, yapışdırıb
BİZİ İZLƏYİN