• Xaş-xaşlı rulet resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 21 191

Tarix : 18-09-2014, 14:00

Bölmə : Xəmir işləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
300 q un
20 q yaş maya
250 ml isti süd
4 x.q. şəkər tozu
25 q kərə yağı
1 yumurta
1 çimdik duz

İç üçün:
200 q üyüdülmüş xaş-xaş
250 ml süd
25 q kərə yağı
3 x.q. şəkər tozu

Hazırlanması:
Unun 1/3-dən barata hazırlayın: un, isti süd, şəkər tozu və mayanı qarışdırıb 15-20 dəqiqə, həcmi 3 dəfə artınca isti yerdə saxlayın.

İçinə ərinmiş kərə yağı, yumurta, duz və unun qalanını əlavə edin. Xəmir yoğurun, üzərini salfetlə örtüb təxminən 1 saat saxlayın.

İç üçün: xaş-xaşın üstünə isti süd töküb 20 dəqiqə şişməsi üçün gözləyin. Sonra onu bir neçə qat cuna çəkilmiş ələkdən süzün. Süd tamamilə süzülməlidir. Xaş-xaşa kərə yağı və şəkər tozu əlavə edin.

Polietilen plyonkanın üzərinə un səpin. Xəmiri üzərinə qoyub 4 mm qalınlıqda yayın. Soyudulmuş xaş-xaşlı içi üzərinə bərabər qaydada yayın. Plyonkanın köməyi ilə xəmiri rulet kimi bükün. Sonra onu spiral, yaxud halqa şəklinə salın. Siniyə qoyub 30 dəqiqə şişməsi üçün saxlayın.

220 dərəcə qızdırılmış sobada tam hazır olanadək bişirin.
Xaş-xaşlı rulet resepti  - FOTO RESEPT

Xaş-xaşlı rulet resepti  - FOTO RESEPT

Xaş-xaşlı rulet resepti  - FOTO RESEPT

Xaş-xaşlı rulet resepti  - FOTO RESEPT

Xaş-xaşlı rulet resepti  - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: şəkər, dəqiqə, saxlayın, üzərinə, əlavə, şişməsi, Sonra, yayın, yumurta, qoyub, qaydada, Plyonkanın, köməyi, bərabər, xaşlı, xəmiri, Xəmiri, Soyudulmuş, qalınlıqda, səpin
BİZİ İZLƏYİN