• Bulku resepti

Reseptin məlumatları Baxış sayı: 4 349

Tarix : 2-12-2018, 12:00

Bölmə : Xəmir işləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : r_sevdaa


Tərkibi:
Xəmir üçün:
150 qr. xama,
2 ədəd yumurta,
2 armudu st. ilıq süd,
1/2 armudu st. duru yağ,
1.5 armudu st. şəkər tozu,
100-150 qr. kərə yağı (yumşalmış),
1 ç.q. cirə, razyana,
2 ç.q. quru maya,
1/2 ç.q. duz,
apardığı qədər un

Şərbət üçün:
1.5 armudu st. şəkər tozu,
1/3 armudu st. su,
limon qabığı,
1 ç.q. limon suyu

Üzəri üçün:
yumurta,
bitki yağı,
küncüt

Hazırlanması:
Xəmir üçün qeyd olunmuş bütün ərzaqları bir qaba töküb, əlimizlə yoğururuq. Yumşaq, ələ yapışmayan xəmir alınır. Xəmiri acıması üçün isti yerdə saxlayırıq. Həcmi 2-2.5 dəfə artdıqdan sonra xəmirə istədiyimiz formanı verib, soba qabına yerləşdiririk. Bir müddət daha gözlətdikdən sonra yumurta və bitki yağını qarışdırıb, xəmirin üzərinə çəkirik. Zövqə görə küncüt və ya çörəkotu səpib, 180 dərəcə istilikli sobada bişməyə qoyuruq. Hazır olana yaxın sobadan çıxardırıq və üzərinə kərə yağı sürtüb, 1 dəqiqəlik yenidən sobaya qoyuruq. Sobadan çıxardıb, əvvəlcədən bişirib, tam soyutduğumuz qatı şərbəti üzərinə yayırıq. 1-2 dəqiqə sobada saxladıqdan sonra götürürük.

Nuş olsun!
Etiketlər: armudu, sonra, üzərinə, yumurta, sobada, küncüt, limon, bitki, Xəmir, şəkər, qoyuruq, istilikli, Hazır, bişməyə, olana, çörəkotu, çəkirik, xəmirin, Zövqə, yaxın
BİZİ İZLƏYİN