• Qozlu kətə resepti

Reseptin məlumatları Baxış sayı: 56 042

Tarix : 12-03-2018, 19:30

Bölmə : Xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:
Un – 500 qram
Şəkər tozu – 1 xörək qaşığı
Süd – 1 stəkan
Xama – 1 xörək qaşığı
Yumurta – 1 ədəd
Kərə yağı – 125 qram.
Quru maya – 1 çay qaşığı
Duz – bir çimdik

İç üçün:
Qoz ləpəsi – 100 qram
Şəkər tozu – 100 qram
Üyüdülmüş hil – 1 çay qaşığı
Vanil – 1 çay qaşığı

Üstü üçün:
Yumurta sarısı
Zəfəran

Yağlamaq üçün:
Əridilmiş kərə yağı – 50 ml.

Hazırlanması:
Ərzaqları qarışdırıb şəkərburada olduğu kimi bərk xəmir yoğururuq. 30 dəqiqə isti yerdə saxlayırıq ki, xəmir acısın. Sonra qozu qozçəkən maşınında xırdalayıb şəkər tozu, hil və vanili əlavə edib qarışdırırıq. İşimiz asan olsun deyə, bunu əvvəlcədən də hazırlayıb qoya bilərik.
Xəmiri bərabər kündələrə bölürük. Birini götürüb geniş açırıq. Üzərinə kərə yağı sürtürük və içdən səpirik. Sonra rulet formasında bükürük və bıçaqla dilimləyirik. Üzərinə yumurta sarısı ilə zəfəran qarışığını çəkib, əvvəlcədən isidilmiş sobaya qoyuruq.
180 dərəcədə 20-25 dəqiqəyə bişəcək.

Nuş olsun!
Etiketlər: qaşığı, Üzərinə, Sonra, xəmir, əvvəlcədən, sarısı, Yumurta, xörək, Şəkər, səpirik, Xəmiri, sürtürük, içdən, açırıq, geniş, kündələrə, bərabər, bölürük, rulet, Birini
BİZİ İZLƏYİN