• Kərə yağlı ev çörəyi resepti

Reseptin məlumatları Baxış sayı: 3 543

Tarix : 2-03-2019, 12:00

Bölmə : Xəmir işləri / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 stəkan süd,
2 yemək qaşığı təpələmə kərə yağı və ya marqarin,
2 yemək qaşığı təpələmə toz şəkıər,
2 yemək q aşığı yaş maya,
1 ½ stəkan ilıq su,
8-9 stəkan (1 kq ) buğda unu,
1 yemək qaşığı silmə duz

Hazırlanması:
Qaynadılmış südün içərisinə duz, şəkər, yağ qatın.
İlıq suyun içində mayanı əzin. Əzdiyiniz mayanın içinə 4-5 qaşıq un qatıb qarışdırın.
Üstü qapalı olaraq isti bir yerdə 10-15 dəqiqə qabarmasını gözləyin.
Mayalı xəmirlə südü bir -birinə qarışdırın.
Sonra isə qalan unu qatıb yaxşıca bir xəmir yoğurun( xəmir əvvəlcə əlinizə yapışa bilər yoğurduqca elastiklik qazanar və əlinizə bulaşmaz).
Bu hazır xəmiri yağlanmı bir qaba alın.
Xəmirin üzərini də yağlayın.
Xəmir qabarana qədər gözləyin.
Xəmir göz-göz olub qıcqırmış iyi gələndə xəmiri dəzgahın üzərinə qoyub bir iki dəfə yoğurun.
Sonra xəmiri kündələyin.
Kündələr özünü tutandan sonra onlara forma verin.
Yağlanmış fırın sinisinə çörək xəmirini yerləşdirin.
Fırın sinisində xəmir qabarana qədər gözləyin.
Fırını əvvəlcədən qızdırın.
Qabarmış böyük çörəkləri fırında 40 dəqiqə , kiçik çörəkləri isə 20 dəqiqə bişirin.

Nuş olsun!
Etiketlər: yemək, xəmir, gözləyin, stəkan, xəmiri, dəqiqə, qaşığı, əlinizə, qatıb, qarışdırın, yoğurun, qədər, qabarana, Xəmir, Sonra, təpələmə, çörəkləri, Kündələr, tutandan, özünü
BİZİ İZLƏYİN