• Brioş (Brioche) resepti

Reseptin məlumatları Baxış sayı: 4 085

Tarix : 27-11-2020, 12:00

Bölmə : Xəmir işləri / Digər reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 4-6


Tərkibi:
500 qram un
8.5 qram quru maya
7 ədəd yumurta
80 qram şəkər tozu
250 qram kərə yağı
1 çimdik duz
1 çimdik vanil

Hazırlanması:
Unu duz, şəkər tozu, vanil və quru maya ilə qarışdırırıq.
Buraya 6 ədəd yumurtanı qırıb əlavə edirik. 10-13 dəqiqə yoğurun. Xəmir tam elastik olmalıdır və qabın kənarlarına yapışmamalıdır.
Soyuq kərə yağını kub formasında kəsib xəmirə əlavə edin. 10 dəqiqə yenidən yoğurun. Daha sonra strec plyonkayla örtüb 45 dəqiqə isti yerdə saxlayın.
Daha sonra xəmiri kənarlarını ortasına yığaraq yenidən yoğurun. Gecədən səhərə kimi xəmiri soyuducada saxlayın. Ya da 1-2 saat dondurucuda saxlaya bilərsiniz.
Hazır olan xəmirdən diametri 5 sm olan toplar hazırlayırıq. Perqament kağızının üzərinə sırayla düzün və isti yerdə 60 dəqiqə gözlədin.
Qalan 1 ədəd yumurtanı qırın və hamısının üstünə yağlayın. İstəyə uyğun olaraq üstünə küncüt də tökə bilərsiniz.
170C-də 10 dəqiqə bişirin.

Nuş olsun!
Etiketlər: dəqiqə, yoğurun, sonra, yenidən, saxlayın, üstünə, bilərsiniz, yerdə, xəmiri, vanil, şəkər, çimdik, yumurtanı, əlavə, hazırlayırıq, üzərinə, kağızının, Perqament, toplar, saxlaya
BİZİ İZLƏYİN