• Blinçik xəmiri resepti

Reseptin məlumatları Baxış sayı: 62 495

Tarix : 27-12-2020, 12:00

Bölmə : Xəmir işləri / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 ədəd yumurta
1 x/q şəkər tozu
1 ç/q duz
500 ml süd
280 qr un
3 x/q duru yağ

Hazırlanması:
Bir kasada yumurta, duz və şəkər tozunu yavaş-yavaş çalın.
Südün yarısını əlavə edib, qarışdırmağa davam edin. Daha sonra yavaş-yavaş unu əlavə edərək qarışdırın. Un içərisində tam həll olunana qədər qarışdırmağa davam edin.

Un tamamilə qarışandan sonra qabda qalan südü əlavə edib tez-tez qarışdırın. Duru yağı əlavə edib qarışdırdıqdan sonra 10-15 dəqiqə gözləyin.
Çuqun tavanı qızdırın, içərisini duru yağla yağlayın. Daha sonra tavanın ölçüsünə görə blinçikləri bişirməyə başlayın. Blinçikin hər iki tərəfini arzuladığınız qədər qızarda bilərsiniz.

Əgər blinçikin içərisinə nəsə qoyub bükmək istəmirsinizsə, onu süfrəyə mürəbbə, qaymaq, qatılaşdırılmış südlə də təqdim edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: yavaş, əlavə, sonra, qarışdırmağa, qarışdırın, qədər, bilərsiniz, davam, şəkər, yumurta, başlayın, Blinçikin, tərəfini, arzuladığınız, bişirməyə, blinçikləri, yağlayın, tavanın, ölçüsünə, təqdim
BİZİ İZLƏYİN