• Klassik kruassan resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 31 166

Tarix : 15-10-2014, 22:00

Bölmə : Xəmir işləri / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
230 q buğda unu
15 q yaş maya
0,5 ç.q. soda
1 x.q. şəkər tozu
110 q kərə yağı
3 x.q. süd
əlavə 3-4 st. un

Hazırlanması:
Unu iri ləyənə ələkdən keçirin. Təpəcik kimi yığın, ortasını çalalayın. Başqa qabda yaş mayanı xırdalayıb 2-3 x.q. isti suda əridin. Unun içindəki çalaya tökün, unun təxminən dörddə biri ilə qarışdırıb kündə tutun.
Klassik kruassan resepti - FOTO RESEPT


Bu kündəni undan çıxarıb ortasında bıçaqla perpendikulyar iki xətt çəkin. Çərtilmiş kündəni ləyənə qoyub üstünə isti su tökün.
Klassik kruassan resepti - FOTO RESEPT


Unun qalanını isə duz, şəkər tozu, kərə yağının yarısı və südlə qarışdıraraq yumşaq xəmir hazırlayın (içində lopa qalmasın). Masanın üstünə un səpib xəmiri onun üstündə elastik olanadək yoğurmağa davam edin.

Suyun içindəki kündə üzə qalxanda və həcmi 2 dəfə artanda onu sudan çıxarın. Qurulayıb qalan xəmirlə yaxşı-yaxşı qarışdırıb yoğurun. Bircinsli kütlə alınanadək yoğurun, sonra qazanın içinə un səpib xəmiri içinə qoyun, qapağını örtüb bir gecə soyuq yerdə saxlayın.
Klassik kruassan resepti - FOTO RESEPT


Xəmiri dördbucaq yayın. Gözəyarı 3 bərabər hissəyə bölün. Orta hissəsinə kərə yağı çəkin.

Yağ çəkilməmiş bir tərəfini ortaya, yağ çəkilmiş hissənin üstünə, o biri tərəfini isə bunun üstünə qatlayın. 90 dərəcə çevirib yayın. Yenə üç yerə qatlayıb, 90 dərəcə döndərib yayın. Soyuducuda 15 dəqiqə saxlayın. Hər dəfə yayıb üç yerə qatlayıb 15 dəqiqə soyuducuda saxlamaqla bu proseduru daha 3 dəfə təkrarlayın.

Xəmiri 3 mm qalınlıqda yayın. Uzununa 3 bərabər hissəyə, hər hissəni isə üçbucaqlara bölün.
Klassik kruassan resepti - FOTO RESEPT


Enli tərəfindən başlayaraq üçbucaq xəmirləri rulet kimi bükün. İki qırağını ortaya əyin (nal kimi).

Siniyə un səpib bulkaları içinə düzün, 220 dərəcə qızdırılmış sobada 5 dəqiqə bişirin, sonra temperaturu 200 dərəcəyədək azaldıb daha 15 dəqiqə bişirin (bir az çox və ya az vaxt tələb oluna bilər). Hazır kruassanlar şişməli və qızılı rəngdə olmalıdır.
Klassik kruassan resepti - FOTO RESEPT

Klassik kruassan resepti - FOTO RESEPT

Klassik kruassan resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: üstünə, yayın, dəqiqə, dərəcə, səpib, içinə, qarışdırıb, içindəki, tökün, ortaya, kündə, çəkin, xəmiri, qatlayıb, bişirin, kündəni, tərəfini, bərabər, ləyənə, şəkər
BİZİ İZLƏYİN