Tərkibi:
Xəmir üçün:700 q un
200 q süd
3-4 x.q. mayonez
50 q maya
1 yumurta
İç üçün:300 q qoz ləpəsi
300 q şəkər tozu
vanil
hil
0,3 q duz
Yağlamaq üçün:250 q yağ
50 q şəkər pudrası
Hazırlanması:Xəmirin ərzaqlarını qarışdırıb yoğurun. Acıdın.
10 kündə tutun, bir-bir yayın. Arası yağlanmaqla üst-üstə yığın. Sonra rulet şəklində bükün. Həlqələrə doğrayın.
Hər həlqəni azca yayın. Ortasına 1,5-2 x.q. iç qoyun. Kənarlarını şəkərbura kimi bükün. Bir az saxlayın.
Sonra soyuq, yağlanmış siniyə düzüb 180 dərəcə qızdırılmış sobada bişirin.
Hazır olandan sonra üzərinə şəkər pudrası səpin.
Nuş olsun!
Etiketlər: şəkər, pudrası, yayın, Sonra, bükün, həlqəni, soyuq, yağlanmış, saxlayın, şəkərbura, siniyə, Kənarlarını, qoyun, Ortasına, dərəcə, sonra, üzərinə, səpin, olsun, olandan