• Zeytunlu çörək resepti

Reseptin məlumatları Baxış sayı: 15 028

Tarix : 4-03-2016, 17:00

Bölmə : Xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : Yox


Tərkibi:
1 ədəd Çörək üçün xəmir

1 xörək qaşığı qatıq
1 ədəd yumurta
1 qəhvə fincanı marqarin
1 stəkan zeytun (dənəsiz)
qabın tutacağı qədər un

Hazırlanması:
1 ədəd çörək üçün xəmiri geniş bir qaba qoyun.
1 xörək qaşığı qatıq, 1 ədəd yumurta, 1 qəhvə fincanı otaq temperaturunda qalmış marqarinlə qarışdırın.
1 stəkan təmizlənmiş zeytun və qabın tuta biləcəyi qədər unu əlavə edin. Yaxşıca yoğurun.
Əlinizlə kiçik parçalar qoparıb, yumrulayın.
2 saat saxlayın.
Üzərinə su səpin.
Əvvəlcədən qızıdırılmış 200 dərəcəli sobada, qızarana qədər bişirib süfrəyə verin.

Nuş olsun!
Etiketlər: qədər, qəhvə, fincanı, zeytun, yumurta, stəkan, qabın, qatıq, xörək, qaşığı, saxlayın, Üzərinə, səpin, yumrulayın, parçalar, Əlinizlə, kiçik, Əvvəlcədən, qoparıb, dərəcəli
BİZİ İZLƏYİN