• Şirin çörək resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 161 662

Tarix : 17-11-2014, 11:00

Bölmə : Xəmir işləri / Foto reseptlər

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
20 q maya
500 ml qızdırılmış süd
1 yumurta
1 ç.q. sarıkök
250 q şəkər tozu
200 q yağ (marqarin)
750 q + 10-12 x.q. un
duz

Hazırlanması:
Mayanı süddə qarışdırın, duz, 1 x.q. şəkər tozu, sarıkök, 10-12 x.q. un əlavə edin və bunları qarışdırın. Kütlə çox duru olmamalıdır. Gəlməsi üçün isti yerə qoyun. Mayalanmış xəmir qalxmalıdır. Bir necə dəfə kütləni qarışdırın.

Yağı əridin. Bir qaba unun yarısını və şəkəri tökün, mayalanmış xəmiri, yağı, yumurtanı əlavə edib bərk olmayan xəmir yoğurun, az-az un əlavə edin. Hazır xəmir bərk olmamalıdır, bir qədər ələ yapışmalıdır. Qabın üstünə dəsmal atıb isti yerə qoyun. İmkan verin, xəmir qalxsın. 1,5 saat saxlayın, amma xəmiri bir neçə dəfə yoğurun.
Şirin çörək resepti - FOTO RESEPT

Şirin çörək resepti - FOTO RESEPT


Hazır xəmiri 4 hissəyə bölüb, kündələri 2 sm qalığında yayın. Kökələrin üstünə yaş cuna, ya da dəsmal örtüb 1 saatlıq yana qoyun. 1 saatdan sonra kökənin üstünə çalınmiş yumurta çəkib, çəngəlin əks tərəfiylə zolaqlar çəkin.
Şirin çörək resepti - FOTO RESEPT

Şirin çörək resepti - FOTO RESEPT

Şirin çörək resepti - FOTO RESEPT

Şirin çörək resepti - FOTO RESEPT


200 dərəcə qızdırılmış sobaya qoyun. 5 dəqiqə sonra çörəyi sobadan çıxarıb yenə üstünə yumurta sürtüb, çəngəllə zolaqlar çəkib, üstünə xaşxaş, ya küncüt səpib bişirməyə davam edin. Şirin çörək 20-30 dəqiqəyə bişir.
Şirin çörək resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: üstünə, xəmir, qoyun, qarışdırın, xəmiri, yumurta, əlavə, zolaqlar, yoğurun, Hazır, çəkib, dəsmal, olmamalıdır, sonra, sarıkök, şəkər, qızdırılmış, çəkin, dərəcə, örtüb
BİZİ İZLƏYİN