• Göyərti və pendirli burma ev çörəyi resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 17 176

Tarix : 19-11-2014, 17:00

Bölmə : Xəmir işləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:

6,5 st. un
1 ç.q. duz
5 x.q. şəkər tozu
1 st. ilıq su (35 dərəcə C)
1 st. + 2 x.q. ilıq süd (35 dərəcə C)
1,5 ç.q. quru maya
0,25 st. bitki və ya kərə yağı

İç üçün:
6 x.q. duzsuz kərə yağı
4 st. sürtgəcdən keçirilmiş bərk pendir (müxtəlif növləri qarışdıra bilərsiniz)
göy soğan
1 ç.q. əzilmiş sarımsaq
1 ç.q. pul bibər

Hazırlanamsı:
Südlə suyu qarışdırın, maya əlavə edib əriyənədək qarışdırın. Mikserin qabında ələnmiş un, duz, şəkər tozunu qarışdırın (qaşıqla), maya qarışığını, yağı əlavə edib mikserlə 2 dəqiqə müddətində xəmir yoğurun. 5 dəqiqə ara verin. Sonra gərək olduqca su və un əlavə edərək yenə yoğurun. Yumşaq, ələ yapışmayan xəmir alınmalıdır.
Göyərti və pendirli burma ev çörəyi resepti - FOTO RESEPT


Xəmiri unlanmış masaya qoyun, əlinizlə 2-3 dəqiqə yoğurun, kündə tutun. Yağlanmış ləyəndə otaq temperaturunda 60-90 dəqiqə saxlayın. (Bu xəmiri soyuducuda 4 gün saxlamaq olar, ancaq bişirməzdən 2 saat əvvəl soyuducudan çıxarmaq məsləhətdir).

Xəmirin həcmi 2 dəfə böyüyəndə iki yerə bölün, un səpilmiş masada hər birini 40x25 sm ölçüdə yayın. Üzərinə əridilmiş yağ çəkin, doğranmış soğan, pendir, sarımsaq və pul bibər səpin. İçi əlinizlə xəmirə doğru basın, sonra sıx rulet şəklində bükün. Kənarlarını bərkidin. İti bıçaqla ruletləri ortadan uzunasına bölün, bir-birinə dolayın (kəsiklər üstə düşsün). Ruletin kənarlarını birləşdirə də bilərsiniz.
Göyərti və pendirli burma ev çörəyi resepti - FOTO RESEPT

Göyərti və pendirli burma ev çörəyi resepti - FOTO RESEPT

Göyərti və pendirli burma ev çörəyi resepti - FOTO RESEPT

Göyərti və pendirli burma ev çörəyi resepti - FOTO RESEPT


Bunları yağlanmış formalara qoyun, üzərinə dəsmal çəkib isti yerdə təxminən 1 saat saxlayın. Çörəklərin həcmi artanda hər ikisini eyni zamanda 180 dərəcə qızdırılmış sobaya qoyun. 50 dəqiqə bişirin. Sobaya qoyandan təxminən 25 dəqiqə sonra üzərini yoxlayın, çox qızarıbsa, üzərinə folqa çəkin.

Bişmiş çörəkləri formada bir qədər soyudub sonra çıxarın.
Göyərti və pendirli burma ev çörəyi resepti - FOTO RESEPT

Göyərti və pendirli burma ev çörəyi resepti - FOTO RESEPT

Göyərti və pendirli burma ev çörəyi resepti - FOTO RESEPT

Göyərti və pendirli burma ev çörəyi resepti - FOTO RESEPT


Bu çörəyi ağzıbağlı qabda 5 gün saxlamaq olur (amma təcrübə göstərir ki, buna ehtiyac qalmır, çünki dərhal yeyilir).

Nuş olsun!
Etiketlər: dəqiqə, əlavə, qarışdırın, yoğurun, sonra, qoyun, dərəcə, saxlamaq, bibər, saxlayın, bölün, həcmi, əlinizlə, sarımsaq, üzərinə, təxminən, çəkin, şəkər, pendir, xəmir
BİZİ İZLƏYİN