• Toyuq paştetli piroq resepti

Reseptin məlumatları Baxış sayı: 13 554

Tarix : 21-11-2014, 17:00

Bölmə : Xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 toyuq
600 q yağlı (qat-qat) xəmir
1 x.q. bitki yağı
1/2 ədəd bulka
1 st. süd
100 q kərə yağı
2 yumurta
3/4 st. qaymaq
2-3 x.q. doğranmış şampinyon
1 baş soğan
muskat cevizi (üyüdülmüş)
qara istiot
duz
göyərti

Hazırlanması:
Toyuğu yuyub təmizləyin, duzlayıb sobada hazır olanadək bişirin. Soyudun. Əti sümükdən ayırın. Ət maşınından keçirin. Buna xırda doğranıb yağda qızardılmış soğan, doğranmış göyərti, süddə isladılmış bulka, kərə yağı, duz, istiot, muskat cevizi qatıb qarışdırın. Şampinyonları qaymaqda bişirin. Yağlı xəmiri yayıb iki yerə bölün. Bir hissəni siniyə yayın. Toyuq farşını və göbələkləri əlavə edin. O biri xəmir parçasını üzərinə çəkib kənarlarını bərkidin. Üzərində xırda deşiklər açın. Yağlayın, sonra isə sobada 45 dəqiqə bişirin.

Nuş olsun!
Etiketlər: bişirin, muskat, soğan, cevizi, göyərti, sobada, doğranmış, istiot, xırda, bulka, xəmir, siniyə, hissəni, yayın, Toyuq, farşını, bölün, yayıb, Şampinyonları, Yağlı
BİZİ İZLƏYİN