• Paxlava fətirində pide resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 14 947

Tarix : 19-12-2014, 18:00

Bölmə : Xəmir işləri / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
8-9 ədəd paxlava fətiri
100 qram incə doğranmış holland pendiri
100 qram qovrulmuş qıyma ət
1 ədəd doğranmış yaşıl bibər
1 ədəd incə doğranmış pomidor
4-5 dilim "ovçu" kolbasası
1 yumurta
1 stəkan kərə yağı və ya zeytun yağı
1 stəkan su

Hazırlanması:
8-9 ədəd paxlava fətirinin hər qatına yağlı su və ya ərimiş kərə yağını fırça ilə sürtün. Ən üst qata doğranmış pendirin yarısını tökün, fətiri 4 barmaq qalınlığında sarma formasında rulona çevirmədən qatlayın. Fətirlərin uclarını pide təki qatlayın. Pideni 180 dərəcəyədək qızdırılmış sobaya qoyub 10 dəqiqə bişirin, sonra sobadan çıxarın, ortasını kəsin, ora qovrulmuş qıyma ət, bibər, pomidor, pendir qoyun, üzərinə yumurtanı qırıb tökün. Təkrarən sobaya qoyun, 8-9 dəqiqə bişirin.
Paxlava fətirində pide resepti - FOTO RESEPT

Paxlava fətirində pide resepti - FOTO RESEPT

Paxlava fətirində pide resepti - FOTO RESEPT

Paxlava fətirində pide resepti - FOTO RESEPT

Paxlava fətirində pide resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: doğranmış, qoyun, pomidor, stəkan, tökün, sobaya, bişirin, dəqiqə, bibər, qovrulmuş, qatlayın, paxlava, qıyma, fətiri, qoyub, qızdırılmış, Fətirlərin, Pideni, dərəcəyədək, uclarını
BİZİ İZLƏYİN