• Gül qutabı resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 19 072

Tarix : 21-12-2014, 11:00

Bölmə : Xəmir işləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
550 q un
200 ml isti süd
110 q kərə yağı (100 q xəmir üçün, 10 q iç üçün)
7 yumurta (2 çiyi xəmirə, 4 bişmişi – içə, 1-i üstünə çəkmək üçün)
15 q maya
0,5 ç.q. duz
3 ç.q. şəkər duzu
1 baş soğan
100 q bərk pendir
1 dəstə şüyüd

Hazırlanması:
İsti südə yumşaldılmış yağ, yumurta, duz, şəkər tozu, un və maya əlavə edib xəmir yoğurun. Sonra özünə gəlməsi üçün isti yerə qoyun. İç üçün: soğanı doğrayın, kərə yağında qızdırın, xırdalanmış yumurtaları, sürtgəcdən keçirilmiş pendiri və xırda doğranmış şüyüdü əlavə edin.

Xəmiri yayın. Fincanın köməyilə dairələr kəsin. Hər dairəni kənarından 3 yerdən çərtin. İçi dairənin ortasına qoyub kənarları elə bükün ki, üstü açıq qalsın (gülə oxşayacaq). Siniyə perqament kağız qoyub qutabları üstünə düzün, üzərinə yumurta çəkib sobada 200 dərəcə Selsidə bişirin.
Gül qutabı resepti - FOTO RESEPT

Gül qutabı resepti - FOTO RESEPT

Gül qutabı resepti - FOTO RESEPT

Gül qutabı resepti - FOTO RESEPT

Gül qutabı resepti - FOTO RESEPT

Gül qutabı resepti - FOTO RESEPT

Gül qutabı resepti - FOTO RESEPT

Gül qutabı resepti - FOTO RESEPT

Gül qutabı resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: yumurta, şəkər, əlavə, qoyub, üstünə, xəmir, dairənin, ortasına, bükün, kənarları, çərtin, dairəni, köməyilə, Fincanın, dairələr, kəsin, kənarından, qalsın, yerdən, perqament
BİZİ İZLƏYİN