• Pendirli quruvasan (kətə) resepti

Reseptin məlumatları Baxış sayı: 18 501

Tarix : 25-07-2015, 12:00

Bölmə : Xəmir işləri

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 6-8


Tərkibi:
1 stəkan süd,
1 stəkan duru yağ,
1 su stəkanı ilıq su,
1 paket yaş maya,
1 yumurta ağı,
sarısı üzəri üçün.
1 stəkan şəkər tozu,
1 azca duz,
Yetərincə un,

Arası üçün:
100 q marqarın,

Içi üçün:
1 kasa pendir,

Hazırlanması:
Xəmir yoğurma qabına maya və ilıq suyu alıb mayanı əridin.
Daha sonra yumurta sarısını ayırıb ağını yoğurma qabına qoyun.
Digər ərzaqları da sırasıyla əlavə edib yavaş-yavaş un qoyub qulaq məməsi yumşaqlığında bir xəmir yoğurun.
Xəmiri bir saat mayalanmaya qoyun.
Daha sonra xəmirdən28 kündə ayır.
Hər bir kündəni unlayaraq vərdənə vasitəsi ilə sini içi böyüklüyündə açın.
Daha sonra aralarına yumşaq marqarin sürtərək 7 qat üst-üstə qoyub alt və üstdəki xəmirin kənarlarını birləşdirib barmağınızla sıxıb yapışdırın.
Bunun səbəbi xəmiri yayarkən marqarin kənara axmasın.
Daha sonra xəmirin altını və üstünü ünlayıb vərdənə ilə 1 sm qalınlığında bükün və üçbucaq dilimləri halında kəsin.
Geniş yerlərinə bir şirniyyat qaşığı pendir qoyub üçbucaqlarımızı rulon halında bükün.
Yağlanmış fırın tabağına yığın.
Eyni işi xəmirlər bitənə qədər davam edin.
Xəmirlərin üzərinə yumurta sarısı sürtərək çörək otu səpin.
10 dəqiqə sinidə dincə qoyun.
Əvvəlcədən200 dərəcə qızdırılmış fırında üzərləri qızarana qədər bişirib fırından çıxardın.
Üzərinə təmiz bez səpib soyumağa qoyun.

Nuş olsun!
Etiketlər: qoyun, sonra, yumurta, qoyub, stəkan, sürtərək, qabına, marqarin, qədər, yoğurma, yavaş, vərdənə, xəmirin, sarısı, bükün, pendir, halında, üstünü, ünlayıb, Yağlanmış
BİZİ İZLƏYİN