• Özbək çörəyi resepti

Reseptin məlumatları Baxış sayı: 40 359

Tarix : 12-06-2014, 11:42

Bölmə : Xəmir işləri / Digər reseptlər

Mətbəx : Asiya mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 stəkan (250 ml) ilıq süd
2 çay qaşığı toz-maya
1 çay qaşığı şəkər tozu
2 stəkan (300 qram) un
1 çay qaşığı duz
60 qram kərə yağı, əridilib soyudulmuş
1 yumurta
Küncüt və yaxud çörəkotu (qara zirə)

Hazırlaması:
Toz-mayanı və şəkər tozunu südə əlavə edib əriyənə qədər əlinizlə həll edin. 5 dəqiqəlik kənara qoyun.
Unu və duzu iri qaba qoyun. Üzərinə mayalı qarışığı, kərə yağını əlavə edib xəmir yoğurun.
Alınan xəmir bir qədər yumşaq olsa da ələ yapışmamalıdır. Un az gəlsə, bir az da əlavə edin.
Xəmirin üstünü sellofan və ya çay dəsmalıyla örtüb gəlməyi üçün 1 saat yarım kənara qoyun.
İri listin üstünə perqament kağızı sərin. Qabarmış xəmiri kündələdikdən sonra, üstünə əlinizlə basaraq genişləndirin.
Alınan dairənin diametri 23 santimetr olmalıdır. Xəmiri listin üstünə qoyun.
Çay dəsmalı ilə örtüb bir az qabarması üçün 20 dəqiqəlik kənara qoyun.
Sobanı 200Cdək qızdırın. Bir az qabarmış xəmirin ortasını yumruğunuzla oyun ki, kənarlara nisbətən çuxur forması alsın.
Çəngəllə çuxurun içini bəzəyin (özbəklər həm çuxur həm naxışı “çəkic” adlandırdıqları ucu iynəli bir alətlə edirlər).
Çörəyin səthinə yumurta çəkib, güncüt və yaxud çörəkotu səpin.
Sobanın orta gözündə təxminən 25 dəqiqə və yaxud üstü qızaranadək bişirin.

Nuş olsun!
Etiketlər: qoyun, kənara, üstünə, qaşığı, yaxud, əlavə, əlinizlə, qədər, dəqiqəlik, xəmir, çuxur, listin, örtüb, Alınan, çörəkotu, şəkər, stəkan, yumurta, forması, alsın
BİZİ İZLƏYİN