• Lazuard resepti

Reseptin məlumatları Baxış sayı: 17 930

Tarix : 21-06-2014, 17:18

Bölmə : Xəmir işləri

Mətbəx : Gürcü mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Suluquni pendiri 160 qr.
Naduqi pendiri 100 qr.
Təzə nanə 20 qr.

Hazırlanması:
Suluquni pendirini qaynayan suya salın, suda pendir elastik kütləyə çevriləcək.
Pendiri böyük kündə formasına salın, kündədən 3 dairəvi lavaş kəsin.
Pendirin qalanını yenidən qaynar suya salıb əriştələr dartın.
Suluqunidən düzəltdiyiniz lavaşların içinə nanə və yaşıl acıka qatılmış naduqi pendirinin 1/3 hissəsini qoyub xingəl kimi torba büzün.
Torbanı suluqunidən düzəltdiyiniz əriştə ilə bağlayın – gürcü xingəlinə oxşar forma alınacaq.
Boşqaba qoyun.
Prosesi daha iki dəfə təkrarlayın ki, 3 xingəl alınsın. Xingəllərin yanında suluqunidən lavaş qoyun.
Nanə budağı ilə bəzəyin.

Nuş olsun!
Etiketlər: düzəltdiyiniz, salın, lavaş, qoyun, suluqunidən, pendiri, xingəl, Suluquni, Torbanı, əriştə, gürcü, bağlayın, qoyub, naduqi, pendirinin, hissəsini, torba, büzün, forma, yanında
BİZİ İZLƏYİN