• Pendirli börək resepti

Reseptin məlumatları Baxış sayı: 14 337

Tarix : 10-07-2016, 21:00

Bölmə : Xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 2-4


Tərkibi:
5 ədəd lavaş
5 ədəd yumurta
3 stəkan su
1/2 paket marqarin
1/2 stəkan bitki yağ
1 paket qabartma tozu
1.5 stəkan yağsız pendiri rəndəsi
1.5 stəkan ağ pendir

Hazırlanması:
Yumurtaları dərin bir kasada yaxşıca çalın .
İçinə suy, əridilmiş və soyudulmuş marqarini, bitki yağı və qabartma tozunu əlavə edin.
Soba qabını yağlayın.
Nimçəyə düzəcəyimiz 3 ədəd yuxanın arasına hazırladığımız qarışıqdan tökün.
Lavaşları ezin.
Üçüncü yuxanın üzərinə əzilmiş ağ pendiri səpin.
Digər lavaşlarında arasına yağlı qarışıqdan sürərək qoyun.
Ən son yuxanın üzərinə də yağlı qarışıqdan bolca yaxın.
Börəyin bir neçə yerindən dəliklər açın.
Bir bıçaq yardımıyla dilimlər doğrayın.
Üzərinə yağsız pendirin rəndəsi səpin.
Əvvəldən isidilmiş 200 dərəcəli sobada börəyin altı – üstü qızarana qədər bişirin.

Nuş olsun!
Etiketlər: stəkan, yuxanın, qarışıqdan, rəndəsi, üzərinə, yağlı, səpin, arasına, pendiri, yağsız, paket, bitki, qabartma, yaxın, yerindən, dəliklər, Börəyin, lavaşlarında, Digər, bıçaq
BİZİ İZLƏYİN