Tərkibi:1.5 çörək və ya 1 paket tost çörəyi (çörəklər bayat olmalıdır)
3 yumurta
1.5 litr süd
10 dilim yağsız pendir
2 xörək qaşığı ərinmiş marqarin
Hazırlanması:Normal çörək istifadə edirsinizsə üz hissələrini çıxarın və çox incə olmayacaq şəkildə dilimləyin.
Tost çörəyi istifadə edirsinizsə kənarlarını kəsin.
Çörəklərin yarısını istiliyə davamlı şüşə qaba düzün.
Üzərinə bir az əridilmiş marqarin töküb yağsız pendir dilimlərini qoyun.
Pendirin üzərini yenə çörək dilimləriylə bağlayıb bir az daha yağ gəzdirin.
3 yumurtanı südlə çırpıb çörəklərin üzərinə tökün.
24 saat soyuducunda gözlədin.
Əvvəldən isitdiyiniz sobada üzəri qızarana qədər bişirin.
Sobadan çıxar çıxmaz isti olaraq süfrəyə verin.
Qeyd: İstifadə etiyiniz çörəyin kənarlarını atmayın. Sobada qızartdıqdan sonra çörək qırıntılarını galeta unu olaraq istifadə edə bilərsiniz.
Nuş olsun!
Etiketlər: çörək, istifadə, kənarlarını, edirsinizsə, olaraq, pendir, marqarin, çörəyi, yağsız, üzəri, qızarana, Sobadan, bişirin, qədər, sobada, gözlədin, çörəklərin, çırpıb, südlə, üzərinə