• Darçın və fındıqlı çörək resepti

Reseptin məlumatları Baxış sayı: 14 287

Tarix : 31-07-2016, 12:00

Bölmə : Xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4


Tərkibi:
100 q otaq temperaturunda kərə yağı,
½ stəkan ilıq süd,
2 yemək qaşığı şəkər tozu,
2 ədəd yumurta,
1 paket maya,
3 stəkan un,

İç xərci üçün:
1 stəkan şəkər,
1 yemək q aşığı silmə darçın,
1 stəkan iri çəkilmiş fındıq və ya qoz,

Üzəri üçün:
1 yumurta sarısı,
1 çay qaşığı maye yağ,

Hazırlanması:
Yoğurma qabına unu alın və üzərinə mayanı səpib qarışdırın.
Unun ortasını hovuz şəklində açın.Ortasına kərə yağı, yumurtaları və şəkəri qoyun.
Ortadan başlayaraq yanlardan unu içəri alaraq yumşaq bir xəmir yoğurun (lazım olarsa çox az un əlavə edin).
Xəmirin üzərinə strec film çəkin və normal bir temperaturda mayalanmağını gözləyin. Xəmirin iki qatına çatanda srteç fimi açın .
Mayalanmış xəmiri düzbucaqlı şəklində un səpilmiş dəzgahın üzərində yarım santimetr qalınlığında yayın.
Bir kasada isə şəkər tozunu və darçını qarışdırın.
Xəmirin hər bir tərəfinə darçınlı şəkəri səpin.
Üzərinə fındığı səpin.
Bunlar tamamlandıqdan sonra xəmirin uc hissəsindən başlayaraq rulon şəklində bükün.
Bükdüyünüz xəmiri üçbucaq şəklində dilimləyin.
Hər bir üçbucaq şəklində kəsilmiş dilimin tam ortasına çöp şiş batıraraq iz buraxın.
Yağlı kağız sərilmiş fırın sinisinə aralıqlarla düzün.
Üzərinə duru yağ ilə çırpılmış yumurta sarısını sürtüb , toz şəkər səpin.
10-15 dəqiqə fırın sinisində bir daha mayalandırın.
Əvvəlcədən 180 dərəcə qızdırılmış fırında üzərləri qızarıncaya qədər bişirin.
İsti və ya soyuq halda servis edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: şəklində, stəkan, şəkər, yumurta, Xəmirin, səpin, fırın, qarışdırın, başlayaraq, Üzərinə, üzərinə, xəmiri, üçbucaq, şəkəri, yemək, qaşığı, bükün, rulon, hissəsindən, xəmirin
BİZİ İZLƏYİN