• Tiçino çörəyi resepti

Reseptin məlumatları Baxış sayı: 14 404

Tarix : 4-08-2016, 20:00

Bölmə : Xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
300 q un
1 ç.q. duz
1 ç.q. şəkər tozu
1 x.q. zeytun yağı
10 q yaş maya
170 ml su

Hazırlanması:
Un, maya, şəkər tozu və duzu qarışdırın. Az-az su əlavə edib yoğurun. Zeytun yağı əlavə edib daha 7 dəqiqə yoğurun. Xəmir yumşaq və elastik olmalıdır. Xəmiri qaba qoyub üzərinə plyonka çəkin, isti yerdə 1 saat, həcmi iki dəfə artanadək saxlayın.

Xəmiri ətləyib 8 bərabər hissəyə bölün, kündələyin.

Formanın içinə perqament döşəyin. Kündələri bir-birinə bitişik uzunasına qabın içinə düzün. Üzərinə dəsmal çəkib 20-30 dəqiqə saxlayın.

Sobanı 190 dərəcə qızdırın.

Bişirməzdən öncə xəmirin düz ortası boyu uzunasına iti bıçaqla çərtin.

Üzərinə yumurta çəkin. Provans otları da səpə bilərsiniz.

25-30 dəqiqə, üzəri qızaranadək bişirin.

Zövqə görə isti-isti çörəyin üzərinə sarımsaqlı zeytun yağı çəkib dəniz duzu da səpə bilərsiniz.

Nuş olsun!
Etiketlər: dəqiqə, üzərinə, Xəmiri, bilərsiniz, çəkin, saxlayın, içinə, çəkib, şəkər, əlavə, Üzərinə, zeytun, uzunasına, yoğurun, ortası, xəmirin, Bişirməzdən, qızdırın, dərəcə, dəsmal
BİZİ İZLƏYİN