• Berlin ponçikləri resepti

Reseptin məlumatları Baxış sayı: 17 140

Tarix : 9-09-2016, 17:00

Bölmə : Xəmir işləri / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1) 600 ml. bitki yağı
2) 250 qr. buğda unu
3) 150 ml. inək südü
4) Duz
5) 1 x.q. konyak (olmasa da olar)
6) 20 q. maya
7) 1 toyuq yumurtası sarısı
8) 60 qr. şəkər tozu
9) 8 q. vanill
10) 30 q. kərə yağı
11) Meyvə cemi (alma, çiyələk və s.)

Hazırlanması:
- Südü qızdırıb, üzərinə 1 x.q. şəkər tozu 2 ç.q. un və maya töküb qarışdırırıq, 15 dəq. sakit qoyuruq,
- Ayrıca qabda yumurta sarısı, bitki yağı, şəkər tozu, duz, vanilli qarışdırırıq,
- Acımış xəmir-mayanı üzərinə əlavə edib,ehmallıca qarışdırırıq.
- Duz əlavə edib,tədricən unu hissə-hissə əlavə edirik.
- Hamar xəmir olana qədər yoğururuq.
- Xəmiri dərin qaba qoyub üstüne dəsmalla örtüb,1 saat isti yerə qoyuruq.
- Xəmir gəldikdən sonra stolun üstünə un səpib xəmiri kundələyirik.
- Xəmiri 1 sm qalınlıqda yayıb, stəkanla yumru kəsirik
- Perqament kagızının üzərində 30 dəq saxlayırıq
- Duru yağı qızdırırıq, ponçiklərin hər iki tərəfini qızardırıq.
- Yağını çəkmək üçün mətbəx safetinin üzərinə qoyuruq
- Mətbəx şprisini cemle doldurub,ponçiklərin içini doldururuq.
- Üzərinə şəkər kirşanı səpirik.

Nuş olsun!
Etiketlər: şəkər, üzərinə, qarışdırırıq, əlavə, qoyuruq, bitki, Xəmiri, ponçiklərin, hissə, xəmir, sarısı, Perqament, kagızının, saxlayırıq, üzərində, stəkanla, xəmiri, səpib, üstünə, kundələyirik
BİZİ İZLƏYİN