• Neapolitan bal topları resepti

Reseptin məlumatları Baxış sayı: 12 893

Tarix : 4-02-2017, 21:00

Bölmə : Xəmir işləri / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 fincan un
½ fincan şəkər
1 çay qaşığı qabartma tozu
½ çay qaşığı duz
4 ədəd yumurta
¼ fincan zeytun yağı
1 yemək qaşığı rəndələnmiş portağal qabığı
1 yemək qaşığı şirin çaxır və ya portağal şirəsi
4 fincan canola yağı
2 fincan bal

Bəzək üçün:
ağ nonparil,
rəndələnmiş şəkərli portağal qabığı

Hazırlanması:
Dərin bir qabda un, qabartma tozu, şəkər və duzu qarışdırın, qabın ortasında yer açaraq oraya çalınmış yumurta, yağ, portağal qabığı və şərabı tökün. əllərinizlə və ya taxta qaşıqla qarışımı unla yaxşıca qarışdırın sonra yumuşaq xəmir halına gələnəcən 3 dəqiqə ərzində yoğurun,üzərini salafanla örtüb otaq temperaturunda 1 saat gözlədin.
Xəmirdən qoz ölçüsündə kiçik hissələr ayırın ovucunuzun içini unlayaraq xəmiri toplar şəklində yumrulayin.
Dərin bir tavaya kanola yağını əlavə edib ocağa qoyun. Böyük bir kəfkirin üzərinə topları düzün və qızarması üçün tavaya salın. 2 dəqiqə ərzində qizaranacan gözləyin, qızardıqdan sonra yağını çəkməsi üçün kağız salfetlərin üzərinə düzün. Qalan xəmiri də bu qaydada bişirin.

Nuş olsun!
Etiketlər: fincan, qaşığı, portağal, qabığı, yağını, üzərinə, qarışdırın, tavaya, xəmiri, ərzində, dəqiqə, Dərin, sonra, düzün, yumurta, yemək, rəndələnmiş, şəkər, qabartma, yumrulayin
BİZİ İZLƏYİN