• Qoğal resepti

Reseptin məlumatları Baxış sayı: 28 418

Tarix : 22-11-2016, 22:00

Bölmə : Xəmir işləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 kq un;
1 yumurta;
3 x.q. bitki yağı;
1 ç.q. quru maya;
2 st. ilıq süd;
1çimdik duz.

İçlik:
2 st. un;
1 ç.q. cirə, razyana, istiot, sarıkök,darçın, duz;
125 qr yağ.


yağlamağa:
400 qr yağ.

üzəri üçün:
yumurta, xaş-xaş.

Hazırlanması:
1. Mayanı az miqdarda ilıq süddə qarışdırın. Ələnmiş unun üzərinə duzu, yumurtanı, duru yağı, ilıq südü, mayalı südü qatıb, xəmiri yumşalanadək yoğurun. Xəmirin üzərini dəsmal ilə örtüb isti yerdə həcmi 2 dəfə artana qədər mayalanmağa qoyun. Xəmir gəldikdən sonar 15-16 kündəyə ayırın və onları 30 dəqiqə dinləndirin.
2. İçlik üçün: unu tavada qızılı rəng alanadək qovurun, soyudun. Bütün ədviyyatları və ərinmiş yağı una qatıb ova-ova narın umac edin.
3. Hər kündəni çox nazik yayıb aralarını ərinmiş yağla yağlayın. Sonda eni 5 sm olan zolaqlar kəsib, uzunluğu təxmini 30 sm düzbucaqlı kimi kəsin. Rulet kimi büküb arasına 1 x.q. içliyi qoyun, ağzını bağlayın. Yastılayın.
4. Üzərini yumurta çəkib, xaş xaş səpin. Əvvəlcədən qızdırılmış sobada 180 C də qızaranadək bişirin.

Nuş olsun!
Etiketlər: yumurta, qatıb, ərinmiş, qoyun, İçlik, yağlayın, yağla, aralarını, Sonda, yayıb, zolaqlar, alanadək, kəsib, nazik, Bütün, soyudun, ədviyyatları, narın, kündəni, uzunluğu
BİZİ İZLƏYİN