• Tənbəl xaçapuri resepti

Reseptin məlumatları Baxış sayı: 49 498

Tarix : 26-05-2014, 13:34

Bölmə : Xəmir işləri

Mətbəx : Gürcü mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
100 q bərk pendir
100 q xama
1 yumurta
1 x.q. un
şüyüd
duz
istiot
bitki yağı

Hazırlanması:
Pendiri sürtgəcin xırda gözündən keçirin.

Şüyüdü yuyub xırda doğrayın.

Pendir, xama, yumurta, un və şüyüdü bir qaba qoyun. Duz, istiot vurun. Yaxşıca qarışdırın.

Bitki yağını tavada qızdırın. Qarışığı içinə töküb hamarlayın.

Hər iki üzünü 10 dəqiqə qızardın.

Kağız salfetin üstünə qoyub yağını çəkməsini gözləyin.

Soyudub üçbucaq paylara bölün.

Nuş olsun!
Etiketlər: istiot, xırda, yumurta, yağını, dəqiqə, Kağız, üzünü, qızardın, töküb, Qarışığı, içinə, salfetin, hamarlayın, qoyub, paylara, bölün, olsun, üçbucaq, Soyudub, qızdırın
BİZİ İZLƏYİN