• Darçınlı bulka resepti

Reseptin məlumatları Baxış sayı: 13 627

Tarix : 17-12-2016, 16:00

Bölmə : Xəmir işləri / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Ragima Eldarova


Tərkibi:
Un 600-700q
Yuva 1 ç.q.
Kərə yağı 65q
Süd 200 ml
Yumurta 2 ədəd
Şəkər tozu 1 stəkan
Duz 1 ç.q.

Doldurulma üçün:
Darçın 30q
Şəkər tozu 1 stəkan
Kərə yağı 15-20q
Üst hissə üçün 1 ədəd yumurta.

Hazırlanması:
Yuvanı ilıq süddə (azca şəkər tozu əlavə edib) həll edin. Yumurtaları şəkər tozu ilə çalıb, yumuşaq kərə yağını əlavə edib, yaxşıca qarışdırın. Alınan mayeni yuva həll olunduğu süd ilə yaxşıca qarışdırın. Unu duz ilə qarışdırın. Yumurtalı mayeyə unun yarısını əlavə edib qarışdırın. 1 ç.q. un və 1 ç.q. suyu qarışdırıb, əlinizlə balaca dairə formalaşdırıb, soyuq su altında yuyun. Alınan dairəni xəmirə yerləşdirib, qarışdırın. Qalan unu da əlavə edərək xəmiri yaxşıca yoğurun. Xəmirin üstünü dəsmal ilə örtüb, 1 saatlıq isti bir yerə qoyun.
Darçınla şəkər tozunu qarışdırın.
Xəmiri oxlo ilə nazik düzbucaq şəkilində yayın. Kərə yağını əridib, yayılmış xəmirin üzərinə yayın. Üzərinə şəkər tozu və darçın qarışığı əlavə edin. Xəmiri sıx rulet(roll) şəkilində qatdalyın. Ruleti bərabər hissələrə(bulkalara) doğrayın. Yumurtanı azca çalıb, bulkaların üzərinə yaxın. Sobanızı 180 dəeəcəyə qədər qızdırıb, 30-35 dəqiqə ərzində bişirin.

Nuş olsun!
Etiketlər: qarışdırın, əlavə, şəkər, yaxşıca, üzərinə, şəkilində, yayın, yağını, Alınan, çalıb, Şəkər, Xəmiri, stəkan, nazik, xəmirin, Üzərinə, darçın, qarışığı, yayılmış, əridib
BİZİ İZLƏYİN