• Tart və pay xəmiri resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 17 168

Tarix : 2-01-2017, 20:00

Bölmə : Xəmir işləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Darya Gahramanova


Tərkibi:
un - 200 g (1,5 stəkan)
soyuq kərə yağı - 100 g
şəkər pudrası (xırdalanmış şəkər tozu) - 50 g (ancaq şirin piroqlar üçün)
bir çimdik duz
buzlu su (təxminən yarım stəkan)

Hazırlanması:
Kərə yağı çox soyuq olmalıdır. Yağı bir qədər doğrayın ki, çox iri olmasın. Bıçaqlı kombayn varsa, sudan savayı bütün ərzaqları orada doğramaq lazımdır. Kombayn yoxdursa, yağı bıçaqlarla doğrayıb unun içinə qarışdıra bilərsiz.

Tart və pay xəmiri resepti - FOTO RESEPT

Tart və pay xəmiri resepti - FOTO RESEPT


Sonra buzlu suyu qaşıq dolusu ilə əlavə etməyə başlayın. Xəmir bitişənə qədər əlavə edin. Xəmiri tez yoğurun, streç və ya dəsmal ilə bürüyüb 30 dəqiqəyə soyuducuya qoyun.

Tart və pay xəmiri resepti - FOTO RESEPT

Tart və pay xəmiri resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: əlavə, stəkan, buzlu, qədər, soyuq, şəkər, qaşıq, Sonra, dolusu, bilərsiz, qarışdıra, bıçaqlarla, doğrayıb, içinə, etməyə, başlayın, streç, dəsmal, bürüyüb, dəqiqəyə
BİZİ İZLƏYİN