• Naxçıvan çöçəsi (kökəsi) resepti

Reseptin məlumatları Baxış sayı: 125 048

Tarix : 9-08-2014, 22:59

Bölmə : Xəmir işləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir:

1 kq un
350 q yağ
2 yumurta
2 ç.q. quru maya
2 ç.q. şəkər tozu
1 ç.q. duz
1,5 st. süd

İç:
450 q qoz
2 baş soğan
duz
istiot
sarıkök

Üzərinə:
1 yumurta

Hazırlanması:
Yarım stəkan ilıq süddə 2 ç.q. şəkər tozu və mayanı qarışdırın. 15 dəqiqə saxlayın.

Yağı əridib soyudun. Una duz, yağ, yumurta, süddə əritdiyiniz mayanı və südün qalanını əlavə edərək xəmir yoğurun. Lazım gələrsə, südün miqdarını bir az artıra bilərsiniz. Xəmir çox bərk olmasın. Üzərinə dəsmal çəkib isti yerdə 2 saat saxlayın.

İç: soğanları xırda doğrayıb kərə yağında qızılı rəng alanadək qovurun, sonda sarıkök vurun. Qozu maşından keçirin, duz, istiot və qovrulmuş soğanla qarışdırın.

Gəlmiş xəmirdən 50 qramlıq kündələr tutun. Sonra ilk tutduğunuz kündədən başlayaraq yastılayın, 1 x.q. iç qoyub qatlayın, qırağını şəkərbura kimi bükün.

Siniyə perqament döşəyin. Çöçələri aralı olmaqla düzün, hərəsinin bir neçə yerindən çəngəl batırın (dibinə qədər). Üzərinə yumurta çəkib 200 dərəcə qızdırılmış sobaya qoyun. Üzəri qızaranadək bişirin.

Nuş olsun!
Etiketlər: yumurta, saxlayın, şəkər, istiot, sarıkök, çəkib, südün, xəmir, qarışdırın, mayanı, süddə, Üzərinə, yastılayın, qoyub, qatlayın, Siniyə, bükün, şəkərbura, qırağını, kündədən
BİZİ İZLƏYİN