• Klassik fransız kruassanları resepti

Reseptin məlumatları Baxış sayı: 11 399

Tarix : 1-03-2017, 21:00

Bölmə : Xəmir işləri / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 fincan (250 q) un
150 q soyuq şit yağı
120 ml ilıq süd
45 q şəkər tozu
25 q yaş maya (7 q - quru maya)
1/2 ç.q duz

Üzərinə çəkmək üçün:
1 yumurtanın sarısı
1 x.q süd

Hazırlanması:
Mayanı şəkər tozu ilə qarışdırın və üzərinə süd əlavə edib soyudun.
Un və duzu iri qabda qarışdırın, yağ əlavə edib çəngəl ilə iri qırıntılar alınana kimi əzin.
Mayalı məhlulu yağlı qırıntılara əlavə edin və xəmir alınana kimi qarışdırın. Fikir verin ki, yağ qırıntı şəklində qalsın. Xəmiri qida plyonkası ilə bağlayıb 30 dəq. buzlama kamerasına və ya 2-3 saatlıq soyuducuya qoyun.
Xəmiri soyuducudan çıxarıb unlayın və kvadrat şəklində yayın. Daha sonra onu zərf şəklində büküb yenidən soyuducuya qoyun. Proseduru 2-3 dəfə təkrarlayın.
Hazır xəmiri düzbucaq şəklində yayın və eni uzunluğundan iki dəfə az olan üçbucaqlara bölün. Xəmiri enli tərəfindən başlayaraq nazik hissəsinədək burubkruassan halına gətirin.
Kruassanları perqamentlə örtülmüş soba listinə bir-birində 2 -3 sm aralıqda yerləşdirin. Onlar 2-3 saat otaq temperaturunda gəlməlidir.
Sobanı 230 dərəcə isidin. Yumurtanın sarısını südlə qarışdırın və kruassanların üzərinə çəkin.
Kruassanları 8 dəq bişirin, daha sonra sobanın temperaturunu 190 C-dək azaldın və daha 10-15 dəq qızardın. Hazır kruassanlar qızılı rəngdə olmalıdırlar. Masaya verməmişdən əvvəl soyudun.

Nuş olsun!
Etiketlər: qarışdırın, şəklində, Xəmiri, əlavə, sonra, Kruassanları, yayın, qoyun, şəkər, soyuducuya, soyudun, alınana, Hazır, üzərinə, nazik, burubkruassan, hissəsinədək, başlayaraq, temperaturunda, Onlar
BİZİ İZLƏYİN