• Qat-qat xəmir resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 56 109

Tarix : 2-03-2017, 20:00

Bölmə : Xəmir işləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir 1:
200 q. marqarin (kərə yağı)
2/3 stakan un

Xəmir 2:
1 yumurta
1/3 stakan soyuq su
2 stakan un
¼ ç.q. üzüm sirkəsi (limon şirəsi ilə əvəz etmək olar )
bir çimdik duz

Stakan – 250 ml.

Hazırlanması:
1. İlk növbədə birinci xəmiri hazırlamaq lazımdır. Bunun üçün soyuducudan çıxardığınız bərk yağı (buzlamış yox!) xırda kublara doğrayın, üzərinə un əlavə edib əlinizlə yağı ovuşdurmağa davam edin. Yağ hissəcikləri nə qədər xırda olsa bir o qədər yaxşıdır. Xəmiri yoğurmaq lazmı deyil, sadəcə bir yerə toplayıb, iri şar formasına salmaq kifayətdir. 30 dəq. soyuducuda saxlayın.

2. İkinci xəmir üçün unu iri qaba ələyin. Unu əvvəldən bir az götürün, çünkü xəmir demək olar ilk andan alınır, əgər lazım olsa un əlavə edə bilərsiniz. Xəmirin bərk olmaması vacibdiк, əks halda xəmir cod olacaq. Una duz və sirkə qatmaq lazımdır.

Stakanda yumurta və soyuq suyu qarışdırın və una əlavə edib qarışdırın. Tələb olunduqca un əlavə etmək olar. Yumşaq xəmir yoğurub ona 15 dəq. dincəlməyə vaxt veririk.

3. İkinci xəmiri qalın dördbucaq şəkilində yayırıq. Üzərinə birinci xəmiri qoyub zərf şəklində bükürük. Alınan zərfi 1 saat soyuducuda və 30 dəq buzxanada saxlamaq lazmdır.

Qat-qat xəmir resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: xəmir, əlavə, stakan, xəmiri, xırda, lazımdır, Xəmir, qarışdırın, İkinci, birinci, qədər, soyuducuda, soyuq, yumurta, etmək, sirkə, olacaq, qatmaq, Stakanda, Tələb
BİZİ İZLƏYİN