• Şorqoqal resepti

Reseptin məlumatları Baxış sayı: 20 648

Tarix : 23-03-2017, 12:00

Bölmə : Xəmir işləri / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Maya üçün:
İlıq su 1 Stəkan
Un 1 ç.q
Maya 1 ç.q
Şəkər tozu 1 ç.q

Xəmir üçün:
Un 1 kq
Süd 1.5 Stəkan
Yumurta 1 Ədəd
Kərə yağı 50 q
Sarı kök 1/2 ç.q
Duz 1 ç.q

İçlik üçün:
Un 2 Stəkan
Kərə yağı 200 q
Üyüdülmüş cirə 1 ç.q
Üyüdülmüş zirə 1 ç.q
Üyüdülmüş keşniş toxumu 1 ç.q
Üyüdülmüş hil 1 ç.q
Sarı kök 1 ç.q
Duz 1 ç.q
Üyüdülmüş qara istiot 1/2 ç.q

Xəmirin yağlanması və məhsulun üzərinə sürtmək üçün:
Kərə yağı 500 q
Yumurta sarısı 1 Ədəd
Bitki yağı 1 ç.q
Sarı kök 1/4 ç.q
Küncüt 1 x.q
Çörək otu 1 x.q

Hazırlanması:
1. İlk növbədə mayanı hazırlayın: ilıq suya 1 ç.q un, şəkər tozu və maya əlavə edib qarışdırın. Məhlulu 10 dəq isti yerdə köpüklənənə kimi saxlayın.

2. İri qaba unu ələyin, duz və sarı kökü əlavə edin. Unun mərkəzində quyucuq düzəldin və süd, əridilmiş kərə yağı, mayalı məhlul və yumurtanı əlavə edib yumşaq xəmir yoğurun, lazım gələrsə bir az da süd və ya un əlavə edin. Xəmir iki saat qəlməlidir və ölçüsü iki dəfə artmalıdır.

3. Xəmir gələnə kimi içliyi hazırlayın: Una ədviyyatları qatıb yağla qarışdırın. Unla yağ tam qarışsın deyə əlinizlə ovun - içlik hazırdır. Xəmiri yağlamaq üçün 500 q kərə yağını əridin.

4. Qəlmiş xəmiri 10 bərabər hissəyə bölün və 0.5 sm qalınlığında yayın. İşlədiyiniz yeri unlayın və yayılmış xəmiri qoyub əlinizlə astaca dartın. Bu proseduru tez yerinə yetirmək lazımdır ki, xəmir quruyub, cırılmasın. Hər layı əridilmiş kərə yağı ilə yağlamaq lazımdır. Sonuncu layı yağlamaq lazım deyil - bu lay yapışdırıcı olacaq. Xəmiri ilk növbədə iri rulet kimi bükürük, daha sonra isə 30 hissəyə bölürük, hər hissənin eni 3 sm-dən az olmamalıdır.

5. Hissələri qatları yuxarı vəziyyətdə döndərin, mərkəzində dəlik yaradıb içliyi yerləşdirin və kənarlarını bağlayın. Qoqalları bağlı hissəsi aşağı çevirib astaca əlinizlə basin və yağlanmış perqament kağızının üzərinə düzün. Qoqalın üzünə yumurta sarısı, bitki yağı və sarı kök qarışımının sürtün, künçüt və çörək otu səpin və 20 dəq . ərzində 180 dərəcə qızdırılmış sobada bişirin. Qoqalın altı qızaran kimi sobanın alt hissəsini söndürün və üstünü yandırın ki üzəri də qızarsın.

6. Hazır qoqalları 1 həftə ərzində ağzı bağlı qabda saxlamaq olar. Şorqoqal şirin çayla xüsusi ləzzətli olur.

Nuş olsun!
Etiketlər: Üyüdülmüş, əlavə, Stəkan, əlinizlə, yağlamaq, Xəmir, içliyi, lazım, əridilmiş, qarışdırın, mərkəzində, xəmir, xəmiri, Qoqalın, ərzində, bağlı, lazımdır, hazırlayın, hissəyə, Xəmiri
BİZİ İZLƏYİN