• Meymun çörəyi resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 22 304

Tarix : 14-08-2014, 00:00

Bölmə : Xəmir işləri / Foto reseptlər

Mətbəx : Dünya mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Bu çörəyin niyə belə adlandırılması dəqiq bəlli deyil. Populyar izahlardan biri belədir ki, görünüşcə baobabın meyvəsinə oxşayır. Bu meyvəni də meymunlar çox sevirlər, hətta bu səbəbdən ağaca da elə "meymun ağacı" deyilir. Başqa variant: bu çörəyi meymunlar kimi, iri parçalar qopararaq yemək lazımdır, ona görə də belə adlanır.

İlk dəfə bu resept ötən əsrin 50-ci illərində Amerikanın qadın jurnallarında yayılıb. Müxtəlif variantları var. Orijinalda bu çörək şirindir: şəkər tozu və darçınla hazırlanır. Bizim təqdim etdiyimiz reseptdə isə sarımsaq və pendir var. Odur ki, duzlu bəyənməyənlər darçınla şəkəri seçsinlər.

Tərkibi:
Xəmir:

350 q un
250 ml su
1 x.q. şəkər tozu
1 ç.q. duz
1,5 ç.q. quru maya

İç:
70 q (1/3 paçka) kərə yağı
3-4 diş sarımsaq (az və ya çox ola bilər, zövqə görə)
1/3 ç.q. duz
100 q pendir

Hazırlanması:
Bu çörək üçün ortası deşik olan formalardan istifadə olunur.

İlıqdan bir az isti suda mayanı əridin, duz, şəkər tozu, un əlavə edib xəmir yoğurun. İsti yerə qoyub üstünü dəsmalla örtün.
Meymun çörəyi resepti - FOTO RESEPT


Xəmir gələndə, 30-40 dəqiqə sonra, içi hazırlayın.

Yağı əridin, duz və əzilmiş sarımsaq əlavə edin. Pendiri sürtgəcin xırda gözündən keçirin.
Meymun çörəyi resepti - FOTO RESEPT

Meymun çörəyi resepti - FOTO RESEPT


Xəmirdən qoz boyda kündələr tutun.
Meymun çörəyi resepti - FOTO RESEPT


Hər birini yağa batırın, çalışın, sarımsaq parçaları da ona yapışsın.
Meymun çörəyi resepti - FOTO RESEPT


Kündələri formanın içinə bir lay düzün. Üstünə sürtgəcdən keçirilmiş pendir səpin.
Meymun çörəyi resepti - FOTO RESEPT


Kündələrin qalanını da eyni qayda ilə düzün (göstərilən ərzaqdan 3 lay alınır, aralarına pendir səpin).
Meymun çörəyi resepti - FOTO RESEPT


Forma dolandan sonra üstünə pendir səpin, isti yerdə 30 dəqiqə saxlayın. Sonra 180 dərəcə qızdırılmış sobaya qoyun. Hazır olub-olmadığını kibrit çöpü ilə yoxlayın. Çörək təxminən 35-40 dəqiqəyə bişir.

Əgər görsəniz ki, pendir yanmağa başlayır, amma xəmir hələ bişməyib, üzərinə folqa çəkin, hazır olandan 5 dəqiqə əvvəl isə folqanı çıxarın ki, qızarsın.

Şəbəkənin üstündə soyudun. Dağılsa, qorxusu yoxdur, dadı dağılmayacaq.
Meymun çörəyi resepti - FOTO RESEPT


Süfrəyə isti və ya soyuq verə bilərsiniz.
Meymun çörəyi resepti - FOTO RESEPT

Meymun çörəyi resepti - FOTO RESEPT

Meymun çörəyi resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: pendir, sarımsaq, səpin, dəqiqə, şəkər, Xəmir, meymunlar, əlavə, düzün, əridin, darçınla, xəmir, çörək, sonra, qalanını, yerdə, Kündələrin, qayda, göstərilən, dolandan
BİZİ İZLƏYİN