• Darçınlı nutellalı burmalar resepti

Reseptin məlumatları Baxış sayı: 3 526

Tarix : 23-04-2017, 12:00

Bölmə : Xəmir işləri / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : ZulyaKitchen


Tərkibi:
Xəmir Üçün:
• 4çay çay q. quru maya
• 1 stəkan (250 ml) süd, bir az istidin (40-46Cdək)
• Yarım stəkan st (125 g) şəkər tozu
• 3 ədəd iri yumurta
• 4.5 stəkan un ( 675 q)
• 0.5 çay qaşığı duz
• Bir portağalın rəndələnmiş qabığı
• 115 q kərə yağı – əridib, soyudun

İçi Üçün:
• 5-6 xörək qaşığı şəkər tozu
• 2 çay qaşığı darçın
• 55 q kərə yağı – əridin
• Üstü Üçün:
• 1 ədəd yumurta sarısı

Üzeri Üçün:
Şokolad sousu

Hazırlanması:
Xəmiri hazırlamaq üçün iri ləyəndə mayanı süddə həll edin. Bir qədər qabarması üçün kənara qoyun, təxminən 5 dəqiqəlik. Üstünə şəkər tozu, yumurta, 4 stəkan unu, duz, portağal qabığı, və kərə yağını əlavə edib əlinizlə qarışdırın. Qarışığı bir az unlanmış masaya çevirib, yoğurun. Yapışqandırsa, geri qalan yarım stəkan unu da əlavə edin. 5-7 dəqiqə ərzində yoğurun. Xəmir yumşaq olmalı, lakin ələ yapışmamalıdır.
Ləyənin dibini bir az yağlayın. Xəmiri kündələyib buraya qoyun. Üstünü mətbəx steçiylə örtün. Qoyun xəmir isti yerdə ikiqat qabarsın, təxminən 1 saat yarım – 2 saat.
İçi düzəldin.(men :2 ölçüde hazırladım çünki yarısın nutellalı etdim) Şəkər tozu və darçını qarışdırın. Kənara qoyun.
Xəmiri bir az un səpilmiş masaya qoyun. İkiyə bölün. Bir yarını ölçüsü 25 x 40 sm dördbucaq şəklində açın. Dördbucağın səthinə erinmiş kereyağı sürtün. Bunun üstünə isə darçınlı şəkəri səpin. Dördbucağı rulet kimi bükün.
Ruleti 8 burmaya kəsin. Kəsilmiş yerləri üstdə olmaq şərtiylə listə bir-birinə yaxın, amma yapışmayacaq şəkildə düzün.Digər kündəni də eyni şəkildə açıb, doldurub, burub, listə yığın.(bu hisseni nutellalı etdim)
Burmaların üstünü çay dəsmalıyla yüngülvari örtün. Bir az da qabarmaları üçün kənara qoyun, təxminən 30 -40 dəqiqəlik.Sobanı 200Cdək qızdırın.♨️♨️
Burmaların üstünə yumurta çəkin. Sobanın orta rəfində 20-30 dəqiqə (180C) və yaxud üstləri qızaranadək bişirin. Menim rollarım aşırı şekilde şişdi meslehetim siz daha xırda kesin ve qabda max aralı düzün

Nuş olsun!
Etiketlər: stəkan, qoyun, yumurta, təxminən, şəkər, qaşığı, Xəmiri, Burmaların, yoğurun, qarışdırın, əlavə, dəqiqəlik, yarım, şəkildə, nutellalı, etdim, üstünə, Xəmir, örtün, düzün
BİZİ İZLƏYİN