• Nutella-lı donut resepti

Reseptin məlumatları Baxış sayı: 9 528

Tarix : 7-05-2017, 22:00

Bölmə : Xəmir işləri / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Yumurta – 1 ədəd
Şəkər – 33 qram
Un – 310 qram
Su – 265 qram
Maya – 25 qram
Marqarin – 95 qram
Qabartma tozu – 9 qram
Süd tozu – 33 qram
Duz – 9 qram
Nutella – 800 qram

Hazırlanması:
Un, duz, qabarta tozu, şəkər və süd tozu qarışdırılır. Mayanı ilıq su ilə qarışdırıb həll et. Unlu qarışıma əlavə etdikdən sonra marqarin və yumurtanı da əlavə edirsən. Qalan suyu yavaş-yavaş qarışıma əlavə edib yoğurursan. Xəmiri 1 sm qalınlığında yayıb 10 dəqiqə saxlayırsan. Yuvarlaq bir əşya ilə (8 sm olmalıdır) kəsirsən. Ortasını da 1 sm qalınlığında kəsib 15 dəqiqə daha gözlət. Özünü tutunca 180 dərəcədə qızdırılmış yağlı tavada hər iki tərəfini yaxşıca qızart. Üzərinə də Nutella-nı çək. Servis edərkən üzərinə pudra şəkəri də əlavə edə bilərsən.

Nuş olsun!
Etiketlər: əlavə, yavaş, qalınlığında, qarışıma, dəqiqə, Nutella, dərəcədə, qızdırılmış, yağlı, tavada, tutunca, tərəfini, kəsib, gözlət, Özünü, Ortasını, yaxşıca, pudra, şəkəri, bilərsən
BİZİ İZLƏYİN