Tərkibi:Un – 500 qr.
Maya – 15 qr.
Süd – 300 ml.
Kərə yağı – 60 qr.
Duz – 1 ç.q.
Qatların arası üçün:Kərə yağı – 250 qr.
İçlik üçün:Zövqə görə cem, şokoladlı krem və ya qaynadılmış, qatılaşdırılmış süd
Üstü üçün:Yumurta sarısı – 2 ədəd
Hazırlanması:Ələnmiş unun üzərinə maya, duz, süd, yumşalmış kərə yağı əlavə edilib, 15 dəq. ərzində yumşaq xəmir yoğrulur. Yoğrulmuş xəmir 1 saat soyuducuda saxlanır. Xəmir oxlovla dördkünc şəkildə yayılır, üzərinə otaq temperaturunda yumşaldılmış kərə yağı qoyulur. Xəmir zərf şəklində bükülüb yenidən yayılır. Proses 3 dəfə təkrarlanır. Xəmir kündələrə bölünür. Açılmış kündə 8 ədəd üçbucaq hissəyə bölünür. Hər hissəyə zövqə görə içlik qoyulub bükülür. Kruassanın üzərinə yumurta sarısıçəkilib, 180 dərəcəyədək qızdırılmış sobada 25 dəq. bişirilir.
Nuş olsun!
Etiketlər: Xəmir, üzərinə, xəmir, bölünür, hissəyə, yayılır, Açılmış, kündə, üçbucaq, arası, İçlik, kündələrə, bükülüb, yenidən, Proses, təkrarlanır, zövqə, içlik, dərəcəyədək, qızdırılmış