• Pendirli hörük bulkası resepti

Reseptin məlumatları Baxış sayı: 18 471

Tarix : 20-08-2014, 08:00

Bölmə : Xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi (16 ədəd):
250 q yağ
200 q sürtgəcdən keçirilmiş holland pendiri
2 qəhvə fincanı qatıq
2 yumurta
4,5 st. un
1 paket qabartma tozu
duz

Üzərinə:
1 yumurtanın sarısı
1 ç.q. çörəkotu
1 x.q. su

Sinini yağlamağa:
1 x.q. yağ

Hazırlanması:
Yağ, sürtgəcdən keçirilmiş pendir, qatıq, 1 yumurta + 1 yumurtanın ağı və duzu qarışdırıb yoğurun. Qabartma tozu və az-az un əlavə edib ələ yapışmayan, yumşaq xəmir yoğurun.

Xəmirdən mandarin böyüklüyündə kündələr tutun. Hər birini əlinizlə yastılayın, uzunsov formaya salın. Bıçaqla uzununa üç yerə bölün (başı bitişik qalsın). Hörük hörün. Kündələr bitdikdən sonra bunları yağlanmış siniyə düzün. 1 x.q. su ilə 1 yumurtanın sarısını çalın. Bunu "hörüklərin" üzərinə çəkin, üstünə çörəkotu səpin. 200 dərəcə qızdırılmış sobada üzəri qızaranadək bişirin.

Nuş olsun!
Etiketlər: yumurtanın, qatıq, yumurta, üzərinə, keçirilmiş, yoğurun, çörəkotu, sürtgəcdən, bitdikdən, hörün, Kündələr, sonra, yağlanmış, bunları, Hörük, qalsın, Bıçaqla, salın, uzununa, bölün
BİZİ İZLƏYİN