• Provans üsulu badımcan piroqu resepti

Reseptin məlumatları Baxış sayı: 15 447

Tarix : 7-12-2015, 13:00

Bölmə : Xəmir işləri

Mətbəx : İtalyan mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
5 badımcan
3 yaşıl bolqar bibəri
3 pomidor
200 q pendir
2 x.q. xardal
50 ml süd
3 iri yumurta
2 diş sarımsaq
5 yaşıl zeytun
225 q un
göyərti - zövqə görə
6 x.q. zeytun yağı
200 q 20%-li xama

Hazırlanması:
Xəmir:
225 q ağ unu 4 x.q. zeytun yağı, 1 yumurta, duz, istiotla birlikdə mikserlə çalın. Ovuntuq alınacaq. 1-2 x.q. su əlavə edə bilərsiniz. Qarışdırıb, dərhal soyuducuya qoyun.

İç: badımcan və bibərləri nazik doğrayın. Bir lay siniyə düzün, üzərinə zeytun yağı çiləyin. Çox qızdırılmış sobaya qoyun. Yumşalıb, üzəri qızaranadək bişirin.

Pomidorları nazik halqa doğrayın.

Sous: yumurtanı, xamanı, südü, pendiri çalın, əzilmiş sarımsaq, xırda doğranmış göyərti (reyhan, cəfəri və s.) əlavə edin.

Xəmiri soyuducudan çıxarın. Sininin içinə yayın. Xəmir ovulan olduğundan yaxşı olar ki, balaca qalın oxlovdan istifadə edəsiniz. Xəmirin üzərinə nazik qat xardal çəkin. Üzərinə pomidor dilimləri, sonra bir lay badımcan və bibər, bunun da üstündən bir neçə dənəsi çıxarılıb doğranmış zeytun düzün.

Hazırladığınız sousu bunların üzərinə bərabər qaydada gəzdirin. 180 dərəcə qızdırılmış sobada təxminən 50-60 dəqiqə bişirin.

Nuş olsun!
Etiketlər: zeytun, üzərinə, badımcan, nazik, göyərti, əlavə, sarımsaq, düzün, Xəmir, yumurta, bişirin, çalın, xardal, doğranmış, doğrayın, yaşıl, qoyun, pomidor, qızdırılmış, çəkin
BİZİ İZLƏYİN