• Südçörəyi resepti

Reseptin məlumatları Baxış sayı: 40 114

Tarix : 28-05-2014, 08:05

Bölmə : Xəmir işləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 ədəd yumurta
3 st un
1 st su
3 st süd(2 st su, 2 st süd də götürə bilərsiniz)
1/3 ç.q duz
1 ç.q soda

Qızartmaq üçün:
Duru yağ

Aralarına səpmək üçün:
Şəkər tozu

Hazırlanması:
Su, süd,yumurta, duz və sodanı bir qaba töküb çalırıq.
Unu əlavə edib həll olanadək çalırıq.
Tavanı qızdırıb yağ çəkib bir balaça abgərdən qarışıqdan tökürük.Hər iki üzünü qızardırıq.
Götürən kimi üstünə şəkər tozu səpirik.
Bu qayda ilə hamısını bişiririk.
Südçörəyini isti-isti süfrəyə veririk.

Nuş olsun!
Etiketlər: yumurta, çalırıq, Götürən, üstünə, qızardırıq, üzünü, qarışıqdan, tökürük, şəkər, qayda, süfrəyə, veririk, olsun, Südçörəyini, bişiririk, hamısını, səpirik, çəkib, səpmək
BİZİ İZLƏYİN