• Əqrəb bürcünün özəllikləri

Reseptin məlumatları Baxış sayı: 22 933

Tarix : 22-09-2016, 09:00

Bölmə : Bürclər


İdarəçi Planeti: Pluto-Mars
Element: Su
Xarakter: Sabit
Uğurlu Sayları: 2, 4
Gün: Çərşənbə
Uğurlu Daşı: Topaz
Rəng: Tünd kırmızı, çərab rəngi, badımcan rəngi, bənövşəyi
Fal növü kartı: Ölüm
Heyvan: Əqrəb və digər yeraltı məxluqları
Bitki: Akasiya, krizantem, açelya
Qiymətli Daş: Turkuaz, ilandaşı
Qiymətli Mədən: Platin

Müsbət Tərəfləri: Həmdəm. Duyğularını bəlli etmir. Həqiqi dost. Cazibəli. Güclü. Seks simvolu. Çalışqan. Qərarlı. Unutmaz. Güclü hisslər. Güclü duyğular. Yüksək təxəyyül. Anlayışlı. Diqqətli. Yüksək analiz gücünə sahib. Sevgi. Peşmançılıq.

Mənfi Tərəfləri: Kinli. Şübhəçi. Qısqanc. Küsəyən. Dik başlı. Susqun. Əqrəb kimi, zəhərləyici. Məsxərəçi. Mərkəzçi, Ehtiraslı

Əqrəb Komanda Ulduzu (Astronomiya)
Əqrəb bürcünün ən üstündə, üç dekanı da əhatə edəcək şəkildə, Zodiak başqa, Ophiuchus-Yılancı, onun üzərində Hercules və Cerberus-Cehennemin Üç Başlı İti yer alır. Bunların hamısının altında Əqrəb bürcü yerləşir. Hercules ulduz topasındakı ən parlaq ulduz, Ras əl Gethidir.

Əqrəb Bürcü Qadınının Ümumi Xüsusiyyətləri
Əqrəb bürcü qadını cazibəli, əzimli, ağıllı və hissləri qüvvətli quruluşu ilə diqqət çəkir. Xoş bir təbiəti var, təvəzökar və yumşaq başlı görünməsinə qarşı bir o qədər də məğrur və təkəbbürlüdür.

Qısqanclıq əqrəb bürcü qadınının xarakterində var. Özündən üstün olan və ya malik olmadıqları hər şeyi qısqanar. Dostluqları onun üçün çox əhəmiyyətlidir. Daim ətrafında nüfuzlu dostları vardır. Yalana nifrət edir. Yalan deyildiyini hiss etdiyi anda o mühitdən uzaqlaşmağı üstün tutur. Dürüstdür və dürüstlüyə çox əhəmiyyət verir.

Qürurlu əqrəb bürcü qadını doğru bildiyi mövzularda qətiyyən güzəştə getməz. Cəsurdur və tutduğunu əldə edənə qədər çalışmağa davam edir. Uğursuzluğu heç bir şəkildə qəbul etməz. Ən mənfi cəhəti şübhəli olmasıdır. Hər kəsə qarşı qəribə bir şübhəliliklə yaxınlaşır. Asan-asan qarşı tərəfə güvənməz. Hər nə qədər məntiqi ilə hərəkət etsə də daxilən çox romantikdir.

Əqrəb bürcü qadını edilən yaxşılığı də pisliyi də unutmur. İntiqam hissi çox inkişaf etmişdir. Ətrafındakı pis niyyətli insanlara qarşı susqun qalmağı o qədər də üstünlük vermir.

Əqrəb bürcü qadını təbii cazibəsi qarşı cinsi çox çəkir. Bir münasibətdə ilk növbədə sevgi və hörmətə əhəmiyyət verir. Çox qısqancdır və yoldaşına hədsiz dərəcədə yiyələnir. Əgər kişi hörmətli, məhəbbət dolu və arzulu bir yanaşma içində olsa, əqrəb bürcü qadını yoldaışını xoşbəxt etmək üçün əlindən gələn hər şeyi edəcəkdir. Sahiblənmə hissi çox inkişaf etmişdir.

Əqrəb bürcü qadını məhəbbətlə sevdiyi oğlanla ömür boyu xoşbəxt ola bilir. Münasibətində məsuliyyət sahibidir. Münasibətdə adətən uşaq istəməz, ancaq uşaq sahibi olmuşsa, məsuliyyət sahibi mükəmməl bir ana olacaq.

Əqrəb Bürcü Kişisinin Ümumi Xüsusiyyətləri
Əqrəb bürcü kişisi arzulu, qərarlı, duyğusal və həssas quruluşu ilə diqqət çəkir. Şən və hərəkətli kimi görünsə də pessimist bir halı vardır. Həyatın zövqlərinə həddindindən artıq düşkündür. Xüsusilə yeməyə, spirtli içkilərə və eyş-işrətə qarşı zəifliyi var.

Əqrəb bürcü kişisi hər kəsə və hər şeyə qarşı şübhəli davranışlar içindədir. Heç kəsə asan-asan güvənməz. Maddiyyata çox-çox əhəmiyyət verir. Çünki maddi mənada tutulan gücün etibar verdiyini düşünür.

Tənqid etməyi sevən əqrəb bürcü kişiləri tənqid edilməkdən xoşlanmaz. Açıq sözlü və etibarlıdır. Dostlarına çox əhəmiyyət verir. Fədakardır.

Əqrəb bürcü kişinin baxışları çox çəkicidir. Baxışlarıyla qarşı tərəfə hiss və fikirlərini asanlıqla ifadə edə bilər. Ətrafındakı insanların şəxsiyyətlərinə dair bütün detalları anlaya və şərh edə bilir. Analiz qabiliyyəti inkişaf etmişdir.

İkitərəfli münasibətlərində olduqca qısqancdır və xanımını hədsiz dərəcədə yiyələnir. Xanımı ilə qürur duymaq istəyir. Evlənməyə qərar verəndə arzulu, ehtiraslı, sadiq və həyat yoldaşının bütün istəklərini yerinə yetirməyə çalışan uyğun bir həyat yoldaşı olacaq. Əqrəb bürcü kişi yaxşı həyat yoldaşı olduğu kimi, uşaqlarına qarşı da mehriban və yaxşı bir ata olacaq.
Etiketlər: Əqrəb, bürcü, qarşı, qadını, əqrəb, əhəmiyyət, qədər, verir, həyat, inkişaf, arzulu, çəkir, olacaq, Güclü, etmişdir, başlı, vardır, xoşbəxt, dərəcədə, kişisi
BİZİ İZLƏYİN