• Mətbəxdə rahatlıq yaratmaq üçün fərqli dizaynlar

Reseptin məlumatları Baxış sayı: 2 521

Tarix : 24-05-2019, 18:00

Bölmə : Mətbəx dekorasiyası


Mətbəxdə rahatlıq yaratmaq sizin orada keçirdiyiniz zamanı dəyərli edəcəkdir.Bunun üçün siz bəzi dəyişikliklər və ya əlavələr etməlisiniz. Mətbəxiniz kiçik olduğu üçün əşyalarınızı istədiyiniz kimi yerləşdirmək sizə problem yaradırsa bu yazımız tam sizin üçündür.

Mətbəxdə Rahatlığımızı Necə Yarada Bilərik?
1. Künc siyirmələrdən istifadə etməklə siz mətbəxin künc hissəsini daha əlverişli hala gətirə bilərsiniz. Siyirmələrin ölçüsünə uyğun olaraq istədiyiniz mətbəx əşyalarını burada yerləşdirə bilərsiniz. Məsləhət görərdik ki, siyirmələri fərqli ölçülərdə hazırladın.

2. Çəngəl, bıçaq və qaşıq dəstlərinizin qarışmaması üçün siyirmənizdə belə bir nizamlama yarada bilərsiniz. Dağınıqlığın qarşısının alınmasında bu əvəzsiz bir üsuldur.

3.Mətbəxinizdə bu üsul sizə qablarınızı yuyarkən rahatlıq yaradacaq. Qablarınızı yığmaq üçün əlavə vasitələrə ehtiyac qalmayacaq.

4. Qazan və tava qapaqlarının dolabda əlavə yer tutması hərkəsin mətbəxdə qarşılaşdığı problemdir. Bu problemin aradan qaldırılması üçün dolab qapaqlarını bu üsulla əlverişli hala gətirə bilərsiniz.

5. Mətbəxdə gizləmə qapaqları dağınıq görüntünün qarşısını alacaq. Tez-tez istifadə etdiyiniz mətbəx avadanlıqlarını burada yerləşdirmək sizin işinizi asanlaşdıra bilər.

6. Siyirmələrinizdə qarışıqlığın qarşısını alın. Yerləşdirməkdə çətinlik çəkdiyimiz böyük mətbəx əşyaları üçün bundan yaxşısı ola bilməzdi. Məhz bu əşyaların mətbəxdə yerləşdirilməsi bir çoxumuzun qarşılaşdığı problemdir.

7. Belə bir sadə üsulla dolarınızdakı arxada olan qabları götürmək artıq çətinlik yaratmayacaq.

8. Meyvə və tərəvəzlərinizi yığmaq üçün xüsusi siyirmələr.

9. Belə siyirmələr daha az yer tutub və daha çox işinizə yarayacaq. Bu siyirməni məsləhət görərdik ki, mətbəx sobasının yaxınlığında yerləşdirəsiniz. Çünki bu siyirmələrə müxtəlif yağlar və ədviyyatlar yerləşdirilir. Bu da siyirmənin sobanın yaxınlığında olmağını daha məqsədə uyğun edir.

10. Tavalarınız üçün unikal bir seçim. Bu üsul sayəsində tavalarınızı və qapaqlarını daha rahat götürə, yerləşdirə bilərsiniz
Etiketlər: bilərsiniz, mətbəx, Mətbəxdə, sizin, uyğun, yerləşdirə, görərdik, əlverişli, gətirə, istifadə, siyirmələr, yığmaq, problemdir, üsulla, qapaqlarını, qarşılaşdığı, mətbəxdə, yaxınlığında, əlavə, qarşısını
BİZİ İZLƏYİN