• Qadınlara MÜJDƏ: 5 hərəkətlə qarnınızdan qurtulun!

Reseptin məlumatları Baxış sayı: 454

Tarix : 2.02.2018, 10:00

Bölmə : Pəhriz (diet)




Ciddi bir pəhriz və idmanla istənməyən yağlardan qısa müddətdə xilas ola biləsiniz.

Çarpaz hərəkət: Bunun üçün arxası üstə uzanıb, sol ayağınızı qaldırın. Dizinizi 90 dərəcə büküb, sağ əlinizi gicgahınıza qoyun və dirsəyinizi açın. Nəfəs alın. Nəfəs verərkən sağ çiyninizi yerdən qaldırın, qarnınızı yaxşı sıxaraq sola doğru əyilin. Nəfəs alarkən yenə arxaya doğru uzanın və bu hərəkəti ən az 2 dəfə təkrarlayın. Yenə eyni hərəkəti sol tərəfdə təkrarlayın.

Jim etmək: Jim halını alıb, qarnınızı sıxın. Ombanızı aşağı tutub yaxşıca sıxın və hərəkət etmədən 20 saniyə belə gözləyin. Bunu 3 dəfə təkrarlayın. Jim edərkən düz istiqamətdə baxmalısınız.

Döşəmə hərəkəti: Qolunuzun əl ilə dirsək arasındakı hissəsini yerə qoyun. Jimdəki kimi bədəninizi qaldırıb, bu şəkildə 20 saniyə gözləyin. Bu hərəkəti 3 dəfə təkrarlayın.

Arxası üstə yatmaq hərəkəti: Arxası üstə uzanıb əllərinizi belinizin altına qoyaraq aradakı boşluğu doldurun. Ayaqlarınızı yerdən 45 dərəcə yuxarı qaldırın və 15 saniyə belə gözləyin. Eyni hərəkəti 3 dəfə təkrarlayın.

Arxası üstə uzanaraq ayaqlarınızı qaldırın və dizlərinizi 90 dərəcə bükün: Qarnınızı sıxın. Əllərinizi gicgahınıza qoyub, dirsəklərinizi açın və nəfəs alın. Nəfəs verərkən çiyinlərinizi yerdən qaldırın, qarnınızı yaxşıca sıxıb dizlərinizə doğru bükün. Nəfəs alarkən yenə arxaya doğru düzəlin və çiyinlərinizi yerə vurmadan bu hərəkəti bir neçə dəfə təkrarlayın. İdman zamanı belinizin yerdən qalxmamasına çalışın.
loading...

Etiketlər: hərəkəti, təkrarlayın, qaldırın, Nəfəs, yerdən, doğru, dərəcə, saniyə, Arxası, sıxın, gözləyin, qarnınızı, verərkən, qoyun, bükün, belinizin, çiyinlərinizi, arxaya, alarkən, yaxşıca
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN