• Pəhrizdə doğru bilinən yanlışlar

Reseptin məlumatları Baxış sayı: 92

Tarix : 6.07.2018, 10:00

Bölmə : Pəhriz (diet)


Ac qalaraq arıqlamaq olarmı? Çörək kökəldirmi? Dietik qidalar arıqladırmı? Aç qalaraq arıqlamağın, çörəyin kökəltdiyinin, diyet məhsullarının arıqlatdığının və 18:00-dan sonra yemək yeyilməməsinin əslində doğru olmadığını bilirdinizmi?

Uzun müddət aclıqdan sonra metabolizm enerji sərfiyyatını azaldır və yağ mənbələrini artırmağa başlayır. Yeyilən çox az qida belə yağ olaraq toplanır.

Çörək təməl enerji qaynağımız olan kompleks karbohidratların ən önəmli qaynağıdır. Çörək yeməyən insanların yenə taxıl qrupunda olan taxıl məhsullarını: makaron, plov kimi qidaları yeməkləri daha çox yedikləri də müşahidə edilmişdir.

Bir paket “dietik” peçenyenin enerjisi 2-3 dilim çörəyin enerjisi ilə eynidir. Üstəlik çörəkdə yağ da yoxdur. Ancaq bir çox dietik qidanın tərkibində yağ vardır, sadəcə nisbəti azaldılmışdır. Bəzi pəhriz qidalarının kalorisi çox, duzu az ola bilər. Bəzi qidalarda isə şəkər yerinə dadlandırıcılardan istifadə edilmiş, ancaq yağ və un miqdarı artmışdır. Diyetik qidalar pəhriz üçün sadəcə köməkçidir və etiketləri diqqətlə oxunduqdan sonra istifadə olunmalıdır.

“Sadəcə meyvə və tərəvəz yeyərək arıqlamaq olar” fikri də yanlışdır. Tək bir qida növünə əsaslanan pəhrizlər bədənin ehtiyac duyduğu makro və mikro qida maddələrini qarşılaya bilmir. Sadəcə tərəvəz və meyvə yeyilərsə bədənin ehtiyacı olan protein və yağ qarşılanmadığı üçün metabolizm yavaşlayar. Əvvəlcə çəki itkisi müşahidə olunsa belə bədəndəki yağ səviyyəsi yüksəlməyə başlayar.

“Axşam saat 18:00-dan sonra bir şey yeyilməməlidir” fikri də doğru deyil. Saat 20:00-da evinə gələ bilən bir insan bu qanuna riayət etməli olsa idi onda günorta yemiş olduğu yeməklə bütün günü keçirmiş olacaqdı. Bu səbəbdən də yemək saatları fərdi olaraq təyin olunmalıdır.

Etiketlər: sonra, Çörək, tərəvəz, metabolizm, sadəcə, doğru, enerji, olunmalıdır, fikri, müşahidə, taxıl, enerjisi, bədənin, olaraq, pəhriz, meyvə, istifadə, yemək, qidalar, arıqlamaq
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica