• Ramazanda pəhriz saxlamaq olarmı?

Reseptin məlumatları Baxış sayı: 4410

Tarix : 9.08.2016, 11:00

Bölmə : Pəhriz (diet)


Ramazan ayında pəhriz saxlamaq olarmı sualı bir çoxlarını maraqlandırır. Bu yazıda oruc tutaraq pəhriz saxlamağın əsas məqamlarına aydınlıq gətirməyə çalışacayıq.

Əgər aşağıdakı pəhrizlərə riayət edirsiniz isə mütləq oruc tutmaq üçün həkiminiz ilə məsləhətləşməlisiniz:

1- Şəkər xəstəliyinə görə pəhriz

2- Təzyigə görə pəhriz

3- Ürək xəstəliklərinə görə pəhriz

4- İstifadə etdiyi dərmanların gün ərzində tox qalmasını tələb edirsə, tez-tez yemək yeməli pəhriz

5- Uşaqlarda və yaşlılarda sağlamlıq üçün daim tox saxlayan pəhriz

6- Mayə qəbulunun gün ərzində az aralarla qəbul edilməsini nəzərdə tutan pəhriz

7- Epilepsi xəstələrinin az-az lakin tez-tez qidalanma pəhrizi

8- Xərçəngə qarşı müalicəni dəstəkləyən qidalanma pəhrizi

9- Bunlarla yanaşı diyetoloqların gündəlik qidalanma rasionu olan pəhrizlər.

Arıqlamaq üçün pəhriz saxlayanlar ramazanda nələrə diqqət yetirməlidirlər?

1- Mütləq şəkildə imsaka durmalısınız və qidanız protein və yağ baxımından tarazlı olmalıdır. Karbohidrat və mayə qəbuluna da diqqət yetirməlisiniz.

Misal: soutma yumurta, süd, yarım yağlı ya da yağsız pendir, zeytun ya da qoz, mürəbbə, meyvə, kəpəkli çörək, çay ama çox açıq və su.

2- İmsakdan sonra mütləq şəkildə sağlam tualeti yerinə yetirməlisiniz.

3- Orucu açanda diqqətli və səbirli olmaqda fayda var. Gün boyu aclıqdan irəli gələrək magniy və karbohidrat çatışmamazlığını aradan qaldıran əsas qida xurmadır. Orucunuzu pəhrizinizə uyğun sayda xurma ilə açmalısınız. Ardınca da su içməlisiniz. İlk öncə qaynar olmayan bir şorba iftarın ən sağlam davamı ola bilər.

4- Əsas ana yeməyinə geçməzdən əvvəl 20 dəqiqə gözləyə bilsəniz düzgün olar. Bu müddət ərzində aclığınız sakıtləşəcək və çoxlu qida qəbulunun qarşısını alacaqsınız.

Ana yeməkdə ət, tərəvəz, qatıq, çörək kimi məhsullar vacibdir.

5- İmsakdan sonra meyvə yeyilməli, qanda şəkərin tarazlamaq üçün süd məhsullarından qəbul etməlisiniz.

Əgər mütləq şəkildə şirniyyat istəyirsiniz isə bu zaman südlü şirniyyata üstünlük verməlisiniz. Lakin arıqlamanı davam etdirmək istəyirsiniz isə şirniyyatın qəbulunu həftədə 2-3 dəfə etməlisiniz. Ən yaxşı seçim sadə dondurmadır.

6- Bütün bu saydıqlarımızı yerinə yetirən zaman unutmayın ki, oruclu saatları çıxmaqla gündəlik su qəbulunuz 2 litr olmalıdır.

Etiketlər: pəhriz, ərzində, şəkildə, qidalanma, mütləq, etməlisiniz, olmalıdır, yetirməlisiniz, zaman, qəbulunun, pəhrizi, gündəlik, qəbul, diqqət, istəyirsiniz, meyvə, İmsakdan, sonra, yerinə, sağlam
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica