• Siz nədən əziyyət çəkirsizsə, gicitkən məhz onun dərmanıdır

Reseptin məlumatları Baxış sayı: 116

Tarix : 14.04.2018, 14:00

Bölmə : Faydalı bitkilər


Fizuli Hüseynov: "Gicitkənin tərkibi bir Mendeleyev cədvəlidir".
Baharda təbiət canlanır, min bir dərdin dərmanı olan bitkilər də torpaqdan başlarını çıxarmağa başlayırlar. Biz oxuculara gicitkəndən danışmaq istəyirik. Dalamağı ilə bizi əsəbləşdirən gicitkən əslində çox faydalı bir bitki olduğu üçün, onu adamların dostu da adlandıra bilərik. Təzə gicitkənin faydaları onun qurusundan çox olduğu üçün, sizə təzə gicitkən mövsümünü qaçırmamağı tövsiyə edirik.

Bitkilər üzrə mütəxəssis Fizuli Hüseynov deyir ki, "gicitkənin tərkibi bir Mendeleyev cədvəlidir". Sanki bütün vitamin və minerallar bu bitkinin içinə qoyulub.

"İndi yaz gəlir insan orqanizmi qışdan çıxanda bədəndə vitamin-mineral əksikliyi əmələ gəlir, əsasən də uşaqlarda. Deməli, əlinizə rezin əlcək geyinib gicitkəni dərin suda yuyun və qayçi ilə doğrayıb bir stəkanın yarsına qədər tökün, üstünə su əlavə edib blenderlə qarışdırın, təzə gicitkən şirəniz hazırdır. Bu şirədən gündə 2 stəkan, yeməkdən əvvəl 1 stəkan için. Bu, insan bədənində çatmayan bütün vitaminləri və mineralların yerini dolduracaqdır. Əsasən də dəmirlə zəngindir, anemiyalı xəstələr sizin üçün çox faydalıdır." — deyə mütəxəssis bildirir.

Onun sözlərinə görə, təzə gicitkən şirəsi damarlarda oksigenin miqdarını artırır və toxumaların qidalanmasını yaxşılaşdırır, qəbizliyi aradan götürür, böyrəklərin daş və qumlarını təmizləyir. Təzə gicitkən şirəsi dərini təravətləndirir, immuniteti artırır, Bundan başqa təzə gicitkəndə zəngin K vitamini vardır. Bu vitamin təzə qan yaradır və sümük iliyində problemlər olanlar üçün faydalıdır. Təzə gicitkəni dərin, süpürgə kimi düzəldin, saunada və ya hamamda dizlərinizi, belinizi təzə gicitkənlə döydürün. Revmatizmdə, bel ağrılarında və orqanizmi qüvvətləndirmək üçün çox faydalıdır (tələbə vaxtı bunu çox etmişik). Təzə gicitkəni ət maşınından keçirin, tökülmüş saçların yerinə lopa kimi qoyun, yeni tük gətirəcək, olan saçlarınızı qalınlaşdıracaq. Bunu zob üzərinə qoyanda düyünlər kiçilir. bunu daban mahmızı üzərinə qoyanda mahmız kiçilir, bu oynaqların duzlaşmasında oynaq üzərinə qoyulur, bunu podaqra üzərinə qoyanda şiş kiçilir, belin alt tərəfində tüklər bədənə girib infeksiya törədirlər (çox təhlükəli olur) bunu həmin büzdümün üstünə qoyanda keçir, bunu dəmrovların üzərinə qoyanda dəmrov və ekzema əhəmiyyətli dərəcədə azalır, bunu lipomaların üstünə qoyanda kiçilir.

Təzə gicitkən şirəsini 10 gün içib 1 həftə fasilə vermək lazımdır, çünki qanı qatılaşdıra bilər. Gicitkən kökləri prostat vəzin adenomasında (şişlərində) çay kimi dəmlənilib içilir.

Etiketlər: gicitkən, qoyanda, üzərinə, kiçilir, vitamin, üstünə, gicitkəni, faydalıdır, gicitkənin, orqanizmi, olduğu, bütün, gəlir, Fizuli, insan, şirəsi, cədvəlidir, Mendeleyev, tərkibi, Hüseynov
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica