• Gicitkənin faydaları

Reseptin məlumatları Baxış sayı: 44

Tarix : 12.10.2018, 10:00

Bölmə : Faydalı bitkilər


Gicitkən qədim zamanlardan faydalı müalicəvi bitki kimi tanınır. Həmçinin təzə gicitkən qiymətli qidalı məhsuldur. Yazda təzə gicitkəndən çox dadlı və faydalı sup, borş bişirmək, salatlara, gutablara əlavə etmək, digər göyərtilərlə birlikdə qovurmaq olar.

— Təzə gicitkən C vitamini ilə olduqca zəngindir. Bu vitamin immun sistemini möhkəmləndirir, damarların sağlamlığını və elastikliyini qoruyur, orqanizmi cavanlaşdırır.

— A vitamini ilə zəngin olan təzə gicitkən dərinin vəziyyətinə müsbət təsir edir, görmə üçün faydalıdır.

— Təzə gicitkən qanazlığı zamanı da çox faydalıdır. Qədim zamanlarda təzə gicitkəni ağır doğuş keçirmiş və çoxlu qan itirmiş qadınlara verirdilər. Bu onlara daha tez ayağa qalxmağa kömək edirdi.

— Gicitkən qədimdən «qadın otu» sayılır. Bu ot qadınlarda güclü menstrual qanaxmaları azaldır, menstrual ağrıları zamanı kömək edir.

— Təzə gicitkən orqanizmə əlavə güc verir, orqanizmin tonusunu qaldırır, insanı daha gümrah edir.

— Gicitkən həzm proseslərini yaxşılaşdırır, bağırsaqları təmizləyir.

— Təzə gicitkən şəkərli diabet xəstələri üçün də faydalıdır.

Təzə gicitkəndən hazırlanmış çay da çox faydalıdır. Belə çay arıqlamağa kömək edir. Gicitkən çayı hazırlamaq üçün 2 x.q. doğranmış təzə gicitkəni 1 stəkan qaynar suda yarım saat ərzində dəmləyin, sonra süzün və gün ərzində 2 dəfə (səhər və axşam) yeməkdən 20-30 dəqiqə əvvəl için.

Qanı qatı olan, varikoz xəstəliyi və yüxarı təzyiqdən əziyyət çəkənlərə təzə gicitkən ziyanlı ola bilər.

Etiketlər: gicitkən, Gicitkən, faydalıdır, kömək, ərzində, menstrual, gicitkəni, gicitkəndən, zamanı, əlavə, vitamini, faydalı, tonusunu, orqanizmin, insanı, bağırsaqları, yaxşılaşdırır, proseslərini, gümrah, qaldırır
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica